Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO-nun yeni Baş katibi kim olacaq?..

Danimarkanın baş naziri Frederiksen NATO-nun yeni Baş katibi ola bilər...

Danimarkanın baş naziri Mette Frederiksenin NATO-nun yeni Baş katibi vəzifəsinə namizədliyinə ciddi şəkildə baxılır.

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri mənbələrə istinadən məlumat yayıb.

Mərkəzi Avropadan olan və adı açıqlanmayan bir məmur Frederikseni NATO-nun yeni Baş katibi vəzifəsinə namizəd adlandırıb. Onun sözlərinə görə, Danimarkadan olan siyasətçinin namizədliyi bir sıra əsas NATO dövləti tərəfindən nəzərdən keçirilir. Qüyd edilir ki, Alyans ölkələri təşkilatın başında hökumətə rəhbərlik edən şəxsi görmək istəyirlər. Bundan əlavə, əvvəlki Baş katiblər kişi olduğu üçün indi üzv dövlətlər qadın namizədlə maraqlanır.

Lakin NATO üzvlərinin heç də hamısı Şimali Avropadan olan namizədin Baş katib postuna təyin olunmasını dəstəkləməyə hazır deyil. Alyansa artıq bir dəfə Danimarkanın nümayəndəsi rəhbərlik edib: 2009-2014-cü illərdə ölkənin keçmiş baş naziri Anders Foq Rasmussen Baş katib olub. Eyni zamanda, Danimarkanın müdafiə xərcləri hələlik ÜDM-in iki faizini təşkil etmir.

Niderlandın baş naziri Mark Rutte, onun ispaniyalı həmkarı Pedro Sançes, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles və Estoniyanın baş naziri Kaya Kallas da NATO-nun rəhbəri postuna namizəd olaraq görülürlər.

NATO-nun Baş katibi vəzifəsini icra edən Yens Stoltenberq fevralın 20-də istefa vermək qərarını təsdiqləyib. O, 2014-cü ildən tutduğu postu hələ 2022-ci ilin oktyabrında tərk etməli idi, lakin alyans üzvləri onun səlahiyyətlərini bir il müddətinə uzadıblar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar