Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Departamenti Rusiyanı “Taxıl müqaviləsi”ni pozmaqda ittiham edib

ABŞ Dövlət Departamenti Rusiya Federasiyasını taxıl müqaviləsi üzrə öhdəlikləri pozmaqda ittiham edib...

Poliqon xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller çərşənbə axşamı bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsü üzrə öhdəliklərini yerinə yetirmədiyinə inanır.

“Tərəflər üç limandan Ukrayna taxılının maneəsiz ixracını təmin etmək barədə razılığa gəliblər. İndi Rusiya gəmiləri onlardan birinə buraxmaqdan imtina edir. Bu, Qara Dəniz Taxıl Təşəbbüsü üzrə öhdəliklərinin açıq şəkildə pozulmasıdır”, deyə Miller brifinq zamanı deyib.

Miller Rusiyanı “dünyanı ərzaq qıtlığından xilasetmə təşəbbüsünün normal fəaliyyətinə mane olmaqda davam etməkdə” günahlandırıb və ABŞ-ın Moskvanı qlobal ərzaq təchizatına müdaxiləni dayandırmağa çağırdığını qeyd edib.

Qeyd edək ki, daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Aİ-nin Rosselxozbank-ı SWIFT-ə yenidən qoşmaq istəməməsi Qara dəniz təşəbbüsünün Rusiya hissəsinin həyata keçirilməsini çətinləşdirir.

Xatırladaq ki, “Taxıl müqaviləsi” 2022-ci il iyulun 22-də BMT, Rusiya, Türkiyə və Ukraynanın iştirakı ilə İstanbulda bağlanıb

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar