Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Respublikaçı senator Skott ABŞ prezidentliyi uğrunda mübarizəyə qoşulur...

Cənubi Karolina ştatından respublikaçı senator Tim Skott 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində namizədliyini rəsmən açıqlayıb...

Poliqon xəbər verir ki, 57 yaşlı Scott, Charleston Southern Universitetində prezidentlik yarışına qoşulduğunu bəyan edib. “Mən bu gün prezidentliyə namizəd olduğumu elan edirəm”, deyə senator bildirib.

“Biz elə bir ölkədə yaşayırıq ki, yoxsulluq içində böyüyən və kiçik mənzildə tək ana tərəfindən böyüdülən uşaq bir gün Nümayəndələr Palatasının üzvü ola bilər, hətta Ağ Evdə də çalışa bilər”, deyə senator bildirib. Skott, bildirib ki, ötən həftə prezidentlik yarışında iştirak üçün sənədləri təqdim edib.

Respublikaçıların prezidentliyə namizədliyi üçün əsas namizəd kimi tanınan ABŞ-ın keçmiş prezidenti Donald Tramp Skottun qərarını alqışlayıb. Onun sözlərinə görə, bu, Respublikaçılar Partiyasının digər potensial namizədi, Florida ştatının qubernatoru Ron DeSantislə müqayisədə “böyük addımdır”. Qeyd edək ki, məhz DeSantis Tramp üçün Respublikaçıların əsas rəqibi adlandırılır. Qubernatorun bu həftənin sonunda özünün də ABŞ prezidentliyinə namizədliyini irəli sürəcəyini açıqlayacağı gözlənilir.

Trampdan başqa, Skott Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq üçün ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli, Arkanzasın keçmiş qubernatoru Asa Hatçinson və iş adamları Vivek Ramasvami, Perri Conson və radio aparıcısı Larri Elderlə yarışacaq.

Skott 2013-cü ildən Cənubi Karolinadan senatordur və Senatın Bank işi, Mənzil və Şəhər İşləri Komitəsində işləyir. O, həmçinin 2011-2013-cü illərdə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, 2009-2011-ci illərdə isə Ştat Nümayəndələr Palatasının üzvü olub.

Skott ABŞ Senatında fəaliyyət göstərən 11 afroamerikalıdan biridir və tarixdə Konqresin hər iki palatasında xidmət edən ilk afroamerikalıdır. Siyasi karyerasından əvvəl Skott maliyyə xidmətləri sənayesində çalışıb.

Qyd edək ki, Demokratlar Partiyasından indiyədək prezident seçkilərində iştirak etmək üçün onların namizədlərini ABŞ-ın hazırkı prezidenti 80 yaşlı Co Bayden, ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu və yazıçı Marianne Williamson irəli sürüb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar