Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlik: "Səfərbərlik Xidmətinin yerləşdiyi memarlıq abidəsinə qanunsuz müdaxilə edilib"

Bakıda memarlıq abidələrinə qanunsuz müdaxilə edilib.

Bu barədə Poliqon.info-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 32, 32A, 38A və Səməd Vurğun 2 küçələrinin kəsişməsində yerləşən 3462 və 3417 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidələrinə müdaxilə faktı qeydə alınıb.

Memarlıq abidəsinə müdaxilə haqqında Mədəniyyət Nazirliyinə daxil olan məlumata əsasən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, hər iki tarixi abidənin birinci mərtəbəsinin fasad hissəsinin boya ilə rəngləndiyi müəyyən edilib. Qeyd edək ki, bu bina Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin istismarındadır.

Hazırda Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən abidənin ilkin vəziyyətinə gətirilməsi ilə əlaqədar tədbirlər həyata keçirilir.
Bildiririk ki, faktla bağlı qanuna müvafiq tədbirlər görülməkdədir.

Bir daha diqqətə çatdırırıq ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.

Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar.

Qeyd edək ki, 3462 inventar nömrəli yerli əhəmiyyətli abidə 1898-ci ildə və 3417 inventar nömrəli yerli əhəmiyyətli abidə isə 1899-cu ildə inşa olunub.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar