Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ararat Mirzoyan: "Azərbaycan və Ermənistan sülh müqaviləsinin iki maddəsini razılaşdırıb"

Ən mürəkkəb və problemli məsələlərdə tərəflərin mövqeləri bir-birindən çox uzaqdır...

Rəsmi Bakı və İrəvan ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən görüşdə sülh müqaviləsinin iki maddəsini razılaşdırıb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə dövlət nazirinin müavini Leo Doçerti ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

O bildirib ki, digər maddələr ətrafında səmimi danışıqlar olub: “Biz qalan maddələr haqqında səmimi danışa bildik. Danışıqlar zamanı tərəflərin bir-birini daha yaxşı başa düşdüklərini də qeyd etmək istərdim”.

A.Mirzoyan əlavə edib ki, ən mürəkkəb və problemli məsələlərdə tərəflərin mövqeləri bir-birindən çox uzaqdır.

Nazir bildirib ki, dövlət sərhədinin delimitasiyası məsələsində müəyyənlik Ermənistan üçün vacibdir. Onun sözlərinə görə, regionda nəqliyyat kommunikasiyalarının açılması məsələsində Bakı və İrəvanın mövqeləri yaxındır.

Qeyd edək ki, mayın 14-də Vaşinqtonda ABŞ-ın dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan Prezidenti İlham ƏliyevErmənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Poliqon.info


Etiket: Ararat Mirzoyan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar