Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda binada yanğın - 17 nəfər təxliyə edildi - Video

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., M.Cəlal küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yaşayış binasındakı elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Həmçinin, tüstü dolmuş binadan sakinlərin təxliyəsi həyata keçirilib.

Yanğın nəticəsində doqquzmərtəbəli binanın pilləkən qəfəsinin 2-ci mərtəbəsində divara quraşdırılmış elektrik lövhəsi və 4p.m. giriş-çıxış kabeli yanıb.

Hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən 5-i azyaşlı olmaqla 17 nəfər bina sakini təxliyə edilib.

Poliqon.info 


Etiket: Yanğın


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Ən çox oxunanalar