Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Babayan: Kim Bakı ilə danışmağın əleyhinədirsə, erməninin düşmənidir...

1965-ci ildə Xankəndidə doğulmuş Samvel Babayan Azərbaycan torpaqlarında törədilmiş qanlı cinayətlərin əsas iştirakçılarından biridir...

Samvel Babayan: “Heç vaxt Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməmişəm, bu, erməni mətbuatının yalanıdır ki, Azərbaycan mediası da ona istinadən yazır”.

Mayın 15-i Xankəndi şəhərinin baş meydanında bir qrup şəxsin keçirdiyi mitinqdə “Vahid Vətən Partiyasının sədri” Samvel Babayanın “dövlət naziri” (hökumət başçısı) təyin olunması təklifi irəli sürülüb, rejimin başçısı Araik Arutyunyana belə tələb ünvanlanıb.

Aksiyada çıxış edən Samvel Babayan əsas planlarından birinin separatçıların peşəkar ordu yaradılmasının olduğunu deyib.

1965-ci ildə Xankəndidə doğulmuş Samvel Babayan 1993-1999-cu illərdə Yuxarı Qarabağdakı separatçı hərbi qüvvələrə komandanlıq edib. Azərbaycan torpaqlarında törədilmiş qanlı cinayətlərin əsas iştirakçılarından biridir. 2020-ci ilin may-noyabr aylarında “Təhlükəsizlik Şurasının katibi” olub.

2000-ci ildə o, separatçıların lideri Arkadi Qukasyana sui-qəsd təşkilində günahlandırılaraq 14 illik həbs cəzası alıb, 4 il 6 aydan sonra əfv edilib.

Samvel Babayan 2017-2018-ci illərdə Ermənistanda cinayət yolu ilə əldə olunmuş gəliri leqallaşdırmaq, hərbi sursatın qanunsuz əldə olunması, saxlanması və daşınmasına təhrik ittihamları ilə həbsdə yatıb.

Onun aravot.am saytına müsahibəsində bəzi maraqlı məqamlar var.

Bu səbəbdən Polqion müsahibəni Musavat.com saytına istiandən oxucularına təqdim edir. (Mətndə separatçı rejimlə bağlı ifadələrdə dırnaq işarələri və kiçiltmələr bizimdir - musavat.com).    

Babayan öncə Xankəndidəki son mitinq və onun tələbləri haqda suala cavab verib. 

-Arutyunyanla siyasi məsləhətləşmələr bizim mitinq iştirakçılarının tələbi ilə başlayıb. Mitinqin təşəbbüskarı kimi “prezidentin” məsləhətləşmələrə başlamaq təklifini qəbul etdim və sırf iğtişaşlara yol verməmək üçün 10 gün vaxt verdim. Dəfələrlə demişəm ki, mənə vəzifə lazım deyil, xalqıma xidmət etməyə gəlmişəm. Mitinqin ertəsi günü prezidentin dəvəti ilə bununla bağlı məsləhətləşmələr aparılıb.

-Təşkil etdiyiniz mitinq və qoyduğunuz tələb birmənalı qarşılanmadı. Çoxlarında belə təəssürat yaranır ki, siz Nikol Paşinyanın hakimiyyətə gəlişi zamanı Ermənistanda istifadə etdiyi manipulyasiyaları “artsax”da da istifadə edirsiniz. Belə bir fikir də var ki, siz Araik Arutyunyanla əməkdaşlıq edirsiniz və hakimiyyətə gəldikdən sonra haqqında danışdığınız Azərbaycanla birgəyaşayış proqramını həyata keçirəcəksiniz.

  - Araik Arutyunyanla danışıq aparsaydım, ev-ev gəzib xalqa nə baş verdiyini başa salmaqdansa, çoxdan rahat şəkildə hakimiyyət sıralarına yerləşərdim. Araik Arutyunyan Azərbaycanın bütün tələblərini yerinə yetirir, ordunu dağıdıb, tərksilah edir. Arutyunyanın “bizim Azərbaycanın təzyiqlərinə müqavimət göstərməyə gücümüz çatmır, ruslar da kömək etmir, bizə bir yerdə yaşamaqdan başqa   yolumuz qalmayıb” deyəcəyi gün uzaqda deyil.

- Bu mitinqə çoxdan hazırlaşırdınız, amma izdihamlı alınmadı. Bəs, o halda sizin tələbləriniz niyə yerinə yetirilməlidir?

- Hakimiyyət və müxalifətin total təzyiqlərinə, eləcə də yağışlı hava şəraitində 5-6 min nəfərlik mitinqi kiçik kütlə adlandırmaq sadəcə, sizin fikrinizdir. “Artsax”da rol oynamaq təkcə ictimai tələb deyil, həm də mənim ikinci siyasi qüvvənin lideri olmağımla əsaslandırılan tələbdir. Bundan əlavə, səriştəsiz hakimiyyətlərdən, özünü müxalifət və yalançı xilaskar elan etmiş qruplardan fərqli olaraq, konkret plan təqdim edən yeganə fiqur mənəm.

- Xilasetmə planınız nədir? Və bu plan özünü doğruldurmu?

Mən xilaskar deyiləm. Mən realist plan təklif edirəm, onun köməyi ilə “artsax”ı vəziyyətdən çıxarmaq olar. Mən peşəkar ordunun yaradılmasını, sosial-iqtisadi sabitliyi, yolun açılmasını, xarici siyasətdə çevikliyi nəzərdə tutan paralel addımlarla 5 bənddən ibarət proqram təklif edirəm.

- Siz əvvəllər birgəyaşayışdan danışırsınız, indi “artsax”ın müstəqilliyini və suverenliyini qoruyub saxlamaqdan danışırsınız. Bunun mənası və səbəbi nədi?

Mən heç vaxt birgəyaşayışdan danışmamışam, qarşılıqlı etimadı təklif edirəm. Qarşılıqlı etimad inteqrasiya demək deyil. Yəni “stepanakert” (Xankəndi-red) Bakı ilə birbaşa danışıb, məsələlərini həll etməlidir. Kim Bakı ilə danışmağa ehtiyac olmadığını düşünürsə, deməli, “artsax”ın və Ermənistanın birinci düşmənidir. Biz coğrafi qonşumuzla danışmayana qədər blokada davam edəcək, iqtisadi, sosial, psixoloji böhran dərinləşəcək. Bu isə ciddi problemlərə gətirib çıxaracaq.

- Niyə 44 günlük müharibədən sonra “təhlükəsizlik şurası”nın katibi postunu tərk etdiniz, milli qəhrəmanı adından imtina etdiniz?

- Mən bu cür hiyləli suallar əvəzinə vətənimizin taleyini  düşünməyi təklif edirəm.  Şarl Mişelin son açıqlamasının nə demək olduğunu başa düşürsən? Əgər başa düşmürsənsə, o zaman açıq deyim: Ermənistan “artsax”ı Azərbaycanın bir hissəsi kimi tanıyır.

- Sizi Ermənistan hakimiyyəti ilə bağlayan erməni mətbuatından fərqli olaraq, Azərbaycan mediası inadla sizin Rusiya xüsusi xidmət orqanları ilə sıx əlaqənizdə israr edir. Bunu necə şərh edərdiniz?

-Mən heç bir qüvvədən asılı olmayan, müstəqil fiquram. Heç vaxt Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməmişəm.  2020-ci ildə artsaxda keçirilən seçkilər zamanı öz erməni əlaltıları vasitəsilə onların  namizədini dəstəkləməyi təklif etdilər, mən isə imtina etdim, bundan sonra Rusiyaya girişimə də qadağa qoyuldu. Rusiyada hərbi akademiya bitirdiyimi də deyirlər. Bu, erməni mətbuatının yalanıdır ki, Azərbaycan mətbuatı da ona istinadən yazır…

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar