Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qüdrət Həsənquliyev: Məhkəmə hakimiyyəti milli orduya oxşayır...

Deputat: Hakimlərin “yuxarı” ilə razılaşdırmaqla qərar qəbul etməsi təcrübəsinə son qoyulmalıdır...

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edirik:

- Qüdrət bəy, Şimal-Cənub dəmir yol xəttinin açılması istiqamətində mühüm addım atıldı, İranla Rusiya 167 km-lik Rəşt-Astara dəmir yol xəttinin çəkilməsi barədə saziş imzaladı. Bunu Azərbaycanın dövlət maraqlarına zidd hesab edənlər də var. Sizin fikirlərinizi bilmək istərdik.

- Azərbaycan hökuməti ölkəmizin əlverişli coğrafiyada yerləşməsindən istifadə edərək onu nəqliyyat habına çevirə bilirsə, buna sevinmək lazımdır. Bunu deyənlər başqa ölkələrin maraqlarından çıxış edənlərdir. Bu layihə əməkdaşlığın genişləndirilməsi imkanlarını artırır, region ölkələrini bir-birindən asılı edir və sülhə töhfə verir. Bu, Azərbaycanın siyasi çəkisini artırmaqla yanaşı ölkəmizə qazanc gətirəcək, iqtisadiyyatımızın inkişafına xidmət edəcək.

- Ukraynadakı hazırkı durumu necə qiymətləndirirsiniz?

- Dəfələrlə təəssüf hissi ilə qeyd etmişəm ki, Qərbin bu müharibənin qarşısını almaq imkanı olduğu halda, bunu etmədi. Putin isə Ukraynaya qoşun göndərməklə, ən böyük səhvini etdi. Hazırda Qərb müharibənin bitməsində maraqlı görünmür. Ukraynaya yavaş-yavaş, o həddə silah verirlər ki, Rusiyaya müqavimət göstərə bilsin. Rusiyanın taqətdən salınması yolu seçilib. Böyük geosiyasi məqsədlər naminə iki qardaş xalq bir-birinə qırdırılır. Görünən odur ki, Qərb Rusiyanın məğlubiyyətindən də qorxur. Bu baxımdan, sonda onu etməyə çalışacaqlar ki, sülh sazişi Ukraynanın güzəştləri hesabına əldə olunsun. Rusiyada da bunu bilirlər. Onu da bilirlər ki, Qərb sona qədər öz müttəfiqləri üçün fədakarlıq etməyə, pul xərcləməyə hazır deyil və bir gün ukraynalıları qoyub qaçacaq. Yaxın tarix bunu təsdiq edir. Məhz bu səbəbdən Rusiya müharibəni davam etdirir.

- Qüdrət bəy, sizcə dünyada baş verən dəyişikliklərin fonunda Azərbaycanı gözləyən ən böyük təhlükə nə ola bilər?

- İslahatların gecikdirilməsi.

- Nədən başlamaq lazımdır?

- Güclü məhkəmə hakimiyyətinin yaradılmasından. Bizim çoxlu vicdanlı hakimlərimiz olsa da, ümumən məhkəmə hakimiyyəti Milli Orduya oxşayır. Amma Orduda döyüş zamanı komandirlər daha sərbəst qərar qəbul etmək səlahiyyətlərinə malik olurlar, nəinki bizim hakimlər konkret işlərə baxarkən. Məhkəmə hakimiyyətinin müstəqilliyinə nail olmadan ölkəyə böyük məbləğdə investisiya qoyuluşuna, mülkiyyətin toxunulmazlığına, iqtisadiyayatın şaxələndirilməsinə və inkişafına nail ola bilməyəcəyik. Biz şərqli olduğumuzdan 100 illər ərzində formalaşmış mentalitet imkan verməyəcək ki, andlı iclasçılar institutu yaratmadan məhkəmələri məmurların iradəsinin həyata keçirilməsini təmin edən “cəza orqanı” olmaqdan çıxarıb, ədaləti təmin edə biləcək müstəqil dövlət hakimiyyət orqanına çevirək. Hakimlərin məhkəmə sədrləri ilə, sədrlərin isə yuxarı instansiya məhkəməsi ilə razılaşdırmaqla qərar qəbul etməsi təcrübəsinə son qoyulmalıdır. Bunun üçün ölkədə konstitusiya islahatlarına ciddi ehtiyac var. (xalqcebhesi.az)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar