Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynaya F-16 və Qərb tanklarının verilməsinin əsas lobbiçisi Blinken olub...

ABŞ-ın Dövlət Katibi Qərb tanklarının və F-16 qırıcılarının Kiyevə təhvil verilməsində israr edib...

ABŞ prezidenti Co Baydenin ətrafında dövlət katibi Entoni Blinken Amerikanın F-16 qırıcılarının Kiyevə təhvil verilməsi məsələsində əsas rol oynayıb...

Poliqon xəbər verir ki, bu barədə mənbələrə istinadən The Washington Post qəzeti məlumat yayıb.

Nəşrin mənbələrinin fikrincə, Blinken NATO-nun Ukraynaya müasir tankların tədarükü ilə bağlı əsas rol oynayıb.

Qeyd olunur ki, söhbət keçən qış Entoni Blinkenin Pentaqonda bununla bağlı fikir ayrılığına baxmayaraq, Ağ Evin Amerika “M1 Abrams” tanklarını Ukraynaya verməsindən gedir. Bu, Almaniya və Vaşinqtonun digər Avropa müttəfiqlərinə “Leopard” tanklarının Ukraynaya tədarükünə başlamağa imkan verdi.

WP yazır ki, ABŞ-ın F-16-larının Kiyevə verilməsi ilə bağlı razılıq bildirməsi də həm də müttəfiqlər, ABŞ Konqresinin və Ukrayna prezidenti Vladimir Zelenskinin daimi təzyiqinin nəticəsidir.

ABŞ və müttəfiqlərinin yaxın aylarda F-16 qırıcılarının Ukraynaya təhvil verilmə vaxtını müəyyən edəcəyini mayın 20-də Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan açıqlayıb. Onun sözlərinə görə, bu təyyarələri Kiyevə kimin və hansı miqdarda çatdıracağı məsələsi ukraynalı pilotlar Amerika təyyarələrini idarə etməyi öyrəndikcə həll olunacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar