Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəisi onu “məşhurlaşdıran” işi görür: İran “rekord” qırır

2023-cü ilin əvvəlindən bu günə kimi İranda müxtəlif ittihamlarla həbs edilən 300-ə yaxın məhkum edam edilib...

İbrahim Rəisi prezident seçildikdən sonra edamların sayının kəskin artması beynəlxalq insan haqları təşkilatlarının narahatlıqlarına və etirazlarına səbəb olub. Beynəlxalq Əfv Təşkilatının son hesabatında 2022-ci ildə İranda 576 məhkumun edam edildiyi bildirilib və bunun öncəki illə müqayisədə 83% çox olduğu qeyd edilib.

Bunun müxtəlif səbəbləri olsa da, əsas amillərdən biri İbrahim Rəisinin keçmişinin edamlarla bağlı olması və idarəçilik üsulunun ölüm cəzası üzərində qurulmasıdır.

Mollalar yüksək təhsili və hüquq sahəsində heç bir təxəssüsü olmayan İbrahim Rəisinin "xüsusi istedadı"nı İran inqilabının ilk günlərində kəşf ediblər. Rəisinin müxalif və fərqli düşünənlərə qarşı qəddarlığı onun hakimiyyət nümayəndələri arasında sürətlə məşhurlaşmasına səbəb olub.

Müxalif siyasi cərəyanların üzvlərinə qarşı amansızlığı ilə seçilən hazırkı prezident qeyd olunan xüsusiyyətlərinə görə gənc yaşlarında məhkəmə və prokurorluq sisteminə cəlb edilib. 1988-ci ildə İran-İraq müharibəsi bitdikdən dərhal sonra İran həbsxanalarında saxlanılan minlərlə siyasi məhkumun, xüsusilə hakimiyyətə qarşı barışmaz mövqedə olan Xalq Mücahidləri Təşkilatının üzvləri və radikal marksistlərin aradan götürülməsi üçün xüsusi tədbirlər görülüb.

İranın o vaxtkı rəhbəri Ruhullah Xomeyninin göstərişi ilə şəriət hakimi Hüseynəli Niri, Baş prokuror Mürtəza Eşraqi, Təhlükəsizlik Nazirliyinin Evin həbsxanasındakı nümayəndəsi Mustafa Purməhəmmədi və prokuror müavini İbrahim Rəisinin iştirakı ilə dörd nəfərdən ibarət "ölüm qrupu" yaradılıb. "Ölüm qrupu" qısa müddət ərzində minlərlə məhkumun edam edilməsi barədə qərar verib, Tehran, Məşhəd, Şiraz, Əhvaz, Təbriz və başqa şəhərlərin həbsxanalarında saxlanılan siyasi məhbusların tələsik şəkildə edam hökmləri həyata keçirilib.

Edam ediləcək şəxslərin siyahısı öncədən İbrahim Rəisi tərəfindən hazırlandığı üçün onların məhkəmə prosesləri hətta bir dəqiqədən də az çəkib. Rəsmi məlumatlara görə, kütləvi edamlarda 4000 nəfər, qeyri-rəsmi məlumatlara görə isə 25000 nəfər dar ağacından asılıb, güllələnib və kütləvi məzarlıqlarda basdırılıb.

Nəhayət, Beynəlxalq Əfv Təşkilatı 2022-ci ilin sentyabr ayında yaydığı bəyanatda İbrahim Rəisinin birbaşa əli olduğu kütləvi edamları bəşəriyyətə qarşı cinayət adlandıraraq, İran prezidentinin məsuliyyətə cəlb edilməsini tələb etdi.

Ancaq günbəgün artmaqda olan edamlar Rəisi hakimiyyətinin digər xəbərdarlıqlar kimi beynəlxalq təşkilatın bu tələbinə də laqeyd yanaşdığını göstərir. (axar.az)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar