Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün bürcünüz sizə nələr vəd edir?

Qoç - yaşamınızda yeni mövzu və məqsəd yaranır. Qarşınıza real, konkret hədəf qoyun, qüvvələrinizi və imkanlarınızı nəzərdən keçirin.

Maddi və maliyyə məsələləri aktual olacaq. Yaxın günlərlə bağlı maliyyə imkanlarınızı təhlil edin. İtkilərə yol verməməyin, stabilliyi qorumağın vasitələrini fikirləşin.

Böyük maliyyə sərfiyyatı və qüvvə itkisini tələb etməyən işlər barədə düşünün.

Ailə üzvləri və önəm verdiyiniz insanları sevindirməyə çalışın.

Hədiyyə, birgə keçirilmiş vaxt xoş sürpriz ola bilər.

Səfərə yollanmaq olar. Ünsiyyət və əyləncəni seçin.


Buğa - özünüzü əmin hiss etmək üçün yaşam və fəaliyyət arelanızı qaydaya salın. Kiçik təmir və yır-yığışla məşğul olun, əşyaları yerbəyir edin, hissləri sakitləşdirin.

İdeyalar arasında ən yaxşısını seçərək onu reallaşdırmağa başlayın. Tələsmədən, ahəstə şəkildə irəliləyin.

Önəm verdiyiniz nüfuzlu insanla əlaqələri qorumaq üçün çalışın. Gərəkli saydığınız əlaqələri möhkəmləndirin. Mühafizəkar davranış, təmkinli mövqelər, inadkar və əzmli iş planların gerçəkləşməsi istiqamətində əhəmiyyətli irəliləyişə nail olmağa imkan verəcək.

Tələsməyin, olaylar tədricən yaşanır.

Tərəfdaş və ya şərikin dəstəyini alın.

Əkizlər - səhər saatlarından etibarən hadisələr sürətlənəcək, emosiyalar intensivləşəcək. Duruma hazır olun, zəif və süst davranmayın.

Əvvəllər özünü doğrultmamış metod və sxemləri unudun. Kimsəyə nə isə borclu qalmayın. Borc varsa, qaytarmağa çalışın.

Sizinlə danışığı gözləyən insana zəng edin. Yaxın ətrafınızdakı insanların yardım istəklərini cavabsız qoymayın.

Günün ikinci yarısında səhhətin qayğısına qalın.

Axşam saatlarına yaxın önəmli məsələ qəfil həllini tapacaq.

Tanışlıq çərçivələrini genişləndirin.

Xərçəng - kollektiv, həmfikirlər qrupu, dostların ümumi maraqlarını mütləq şəkildə nəzərə alın. Fantaziya və xülyalardan ayrılın, ətrafınıza diqqətlə baxın.

Hissiyatınız və intuisiyanız sizə düzgün istiqamət seçməyə imkan verəcək.

Hadisələrin yaxın gələcəkdəki inkişaf məcrasını qismən də olsa, təxminləməyə cəhd göstərin.

Günün ikinci yarısındakı görüş və danışıqlar təsadüfi deyil.

Ümumi planlar məcrasında münasibətlərin yenilənməsi üçün yaxşı vaxtdır.

Axşam saatlarında səhhətinizə fikir verin. Ev işləri ilə aktiv məşğul olun. Dostlarla görüş, təmiz havada gəzintidə fayda var.

Şir - təmkinlə, aramla davranın, düşünülməmiş addımlar atmayın. Yaranmış imkanlar və ələ düşən şanslardan dərhal yararlanın.

İlk növbədə, nə ilə məşğul olmağın müəyyənləşdirilməsi ilə bağlı problem yarana bilər. Bir müddət sonra bəhrəsini görəcəyiniz işlə məşğul olmaq mümkündür.

İnformasiya axtarışı, dostlarla görüş və yazışma üçün əlverişli gündür. Emosiyalarınızı saxlamayın, sərt nəzarət rejimi tətbiq etməyin.

Özünüzü ifrat dərəcə yormayın. Orqanizmin müdafiə imkanları zəifləyib.

İnfeksiyaya yoluxmaq riski var.

Qız - perspektivlərinizi səbatlı etmək və genişləndirmək üçün nələr etməyin gərəkdiyini düşünün. Ambisioz, uzaq perspektivə hesablanmış planlar qurmaq olar.

Hələ sınanmamış, naməlum istiqamətə yönələ bilərsiniz. Yaşam və işinizə yaradıcı yanaşın.

Çalışdığınız işlə bağlı yeni informasiya alacaqsınız. İş yoldaşları və həmkarlarla münasibətlərin yenilənməyə ehtiyacı var.

Uzaq səfər barədə düşünmək, görüləsi iş barədə məlumatlar əldə etmək üçün əlverişli zamandır.

Nə istədiyinizi dəqiq müəyyənləşdirin.

Tərəzi - yarımçıq qalmış işləri mütləq şəkildə tamamlayın. Münasibətlərdəki anlaşılmazlıqlar, yerinə yetirilməmiş öhdəliklər, unudulmuş vədlər bumeranq kimi geri qayıdacaqlar.

Problemlərin yaranmasnın qarşısını almaq üçün yaranmış sədləri aradan qaldırın. Əvvəllər başlamağa cürət etmədiyiniz işi reallaşdırmaq üçün əlverişli vaxtdır. Təmir və ya tikinti işlərində əvvəldən yığılıb qalmış probelmləri həll etmək gərəkdir.

Hansısa layihəni təkmilləşdirmək istəsəniz, bəzi məqamlar yenidən nəzərdən keçirilərək təhlil olunmalıdır.

Şəxsi münasibətlər zəminində təmkinli və soyuqqanlı davranışa ehtiyac var.

Ümumi məsələ müzakirə edilməlidir. Qarşı tərəfə təzyiq göstərmədən təşəbbüslə çıxış edin. Yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın.

Əqrəb - yeni planlar və layihələr üçün əlverişli gündür. Tərəfdaş və ya şəriklə müzakirələr aparmaq, yaşama yeni enerjini cəlb etmək olar.

Şəriklə münasibətlərə xüsusi fikir verin, iş yoldaşlarınızla təmaslara sərinlik gətirməyin.

Qarşılıqlı fəaliyyətin köhnəlmiş sxemlərini unudun. Sizi artıq təmin etməyən konstruksiyadan qurtulmaq vaxtıdır.

Şəxsi münasibətlər müstəvisində riskli yeniliklərə can atmayın.

Zərərli vərdiş, bezdirici və usandırıcı insanlardan qurtulun, yaşam arealını qaydaya salın.

Axşam saatları istirahət, dəvət aldığınız məkana yollanmaq və əyləncəyə qatılmaq üçün əlverişlidir.

Oxatan - aktiv və qətiyyətli olun. Önəmli ideyaların reallaşdırılması, işgüzar həyatla bağlı məsələlərin həlli üçün yaxşı vaxtdır.

Tələsməyin, başladığınız işləri keyfiyyətlə və aramla yerinə yetirin. Reklam tədbirləri, təqdimatlar, toplantılara qatılmaq olar. Layihə və ya planınızın reallaşması üçün gərəkli insanı arayın, faydalı əlaqələr yaradın.

Perspektivi düşünün.

Sevdiyiniz insanla olan münasibətlər indi ruhi və mənəvi səbatlılığınız üçün çox önəmlidir. Ümumi istək və tələbatları qulaqardına vurmayın.

Təşəbbüskar olun.

Oğlaq - çoxdan bəri reallaşdırmaq istədiyiniz məqsədə çatmaq üçün az qalıb. Yetər ki, aktiv, inadkar, əzmli və istəkli olasınız. İstək və iddialarınızı reallıq çərçivəsinə salın. Onların arasında gerçəkləşmək ehtimalı daha çox olanını seçərək işə başlayın.

Tərəfdaş və ya iş yoldaşlarından birinin yardımına ehtiyacınız var. Danışın, sövdələşin, müzakirələr aparın, xidmət və informasiya mübadiləsi edin.

Günün ikinci yarısında yeni işə başlamayın.

Şəxsi münasibətlər müstəvisində yarımçıq qalmış məqamları unutmayın. Bəzi münasibətlərə yenidən baxmaq, köhnə sxemləri dəyişmək gərəkdir. Perspektivlər və uşaqlar barədə düşünün.

Ailənin azyaşlı üzvlərinin və ya üzvünün maraqları, tələbatı və problemi indi ön plandadır.

Dolça - çalışdığınız və ya fəaliyyət göstərməyə hazırlaşdığınız arealı tədqiq edin. Əsas maraqlarınızın olduğu yeri müəyyənləşdirin.

Yeni məqsəd və ya hədəf bəlirləmək olar. Son günlərdə planlarınız ciddi transformasiyalara uğrayıblar. Günün ikinci yarısında diqqətinizi yeni insan, nəsnə və ya ünsür cəlb edəcək.

Planlaşdırma və hadisələrin digər iştirakçıları ilə perspektivlərin müzakirəsi üçün əlverişli vaxtdır. Özünüzü sinirləndirməyin, narahat olmayın, təlaşa düşməyin.

Baş verənləri dramatikləşdirməyə dəyməz. Enerji axını güclənəcək. Bilavasitə iştirakınızı tələb edən işlərdə aktiv olun.

Balıqlar - yeni emosiyalar və hisslər günüdür. Təmkinli olun, yenikliklər və xəbərlərə aramlı münasibət bəsləyin. Yeni layihə və ya işə başlamağa tələsməyin.

İdeyanı iş yoldaşları və ya tərəfdaşla, şəriklə müzakirə edərək kimin nə ilə məşğul olacağını müəyyənləşdirin.

Maddi məsələlər ön plana çıxacaq. Şəxsi münasibətlər müstəvisində belə, yaşamın kölgələri hiss olunacaq. Səxavətli və ya qənaətli davranışınız olayların məcrasını dəyişə bilər.

Nizamsızlığın yarandığı yaşam arealını qaydaya salın.

Daxili düzəni normallaşdırmaq üçün emosiyalarınıza hakim olun.(Milli.Az)

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar