Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə seçkilər... - Sinan Oğana səs verən kəsim ikinci turda həlledici amil ola biləcəkmi?

Sinan Oğanın seçiciləri onun çağırışına qulaq asacaqlarmı?..

Politoloq: “Türkiyə seçkilərində həlledici hesab olunun Sinin Oğanın 5,2 faiz seçici səsinin ll turda hansı namizədə verməsi turun nəticələrinə təsir etməyəcəyi qənaətindəyəm”.

“Birinci turda məğlubiyyət CHP elektoratını da məyus edib. Onlar 60-70 faiz səslə qələbə qazanacaqlarına o qədər özlərini inandırmışdılar ki, yığılan 44,9 faiz səs onlarda şok təəssüratı yaratdı. Bütün bunları nəzərə alaraq hesab etmək olar ki, S.Oğanın səsləri süni şəkildə yığılan səslərdir və real bazası yoxdur”.

Bu sözləri politoloq Azər Qasımov Türkiyə seçkilərində ikinci turunda Sinan Oğana səs verən seçicilərin möveyini Poliqon-a şərh edərkən qeyd edib.

Türkiyə seçkilərində ikinci turunda Sinan Oğanın möveyi çox önəmli görünür. Doğrudanmı bu belədir və Sinan Oğanın seçiciləri onun çağırışına qulaq asacaqlarmı? Ümumiyyətlə, Sinan Oğana səs verən kəsimin ikinci turda həlledici amil ola biləcəkmi?

Türkiyə keçiriləcək ikinci tur seçkilərini Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Il turda R.T.Ərdoğanın daha böyük səs faizi ilə qələbə qazanacağ ehtimalı böyükdür”.

S.Oğanın Azərbaycan xalqının əksər hissəsinin dəstəklədiyi R.T.Ərdoğanın yenidən prezident seçilməsi yolunda maneə olmayacağını vurğulayan politoloq qeyd edib ki, əks təqdirdə bu, S.Oğana qarşı Azərbaycan xalqının da münasibətinin xoş olmayan tərəfə dəyişməsinə səbəb olar:

“Türkiyə seçkilərində həlledici hesab olunun Sinin Oğanın 5,2 faiz seçici səsinin ll turda hansı namizədə verməsi turun nəticələrinə təsir etməyəcəyi qənaətindəyəm. Təbii ki, bu səslərin namizədlərə dəstəyi, xüsusən də, “Millət İttifaqı”nın namizədi Kamal Kılıcdaroğluna müəyyən köməyi ola bilər, amma bu, nəticəni dəyişməz.

Məsələ ondadır ki, Sinan Oğana verilən səslərin hamısı heç də onun elektoratı tərəfindən verilməyib. Normal halda Sinan Oğan 1-2 faiz səs toplaya bilərdi. Amma CHP-nin HDP və FETÖ təşkilatı ilə iş birliyi, seçki müddətində Kılıçdaroğlunun Türkiyənin unitarlığını şübhə altına alan bəyanat verməsi, PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Ocalanın azadlığa buraxacağı, Süleyman Dəmirtaşı azad edəcəyi və bu kimi Türkiyə dövləti maraqlarına zərbə vuracaq açıqlamalar verməsi, Məhərrəm İncənin qeyri-etik yolla namizədlikdən geri çəkdirilməsi zamanı incik düşən seçici kütləsi, nəhayət AK Partiya yönətimindən narazı olan, amma digər partiyaları da qəbul etməyən seçki kütləsinin mövcudluğu səbəbindən Sinan Oğanın səs faizi 5,2 oldu.

Hesab edirəm ki, birinci turda məğlubiyyət CHP elektoratını da məyus edib. Onlar 60-70 faiz səslə qələbə qazanacaqlarına o qədər özlərini inandırmışdılar ki, yığılan 44,9 faiz səs onlarda şok təəssüratı yaratdı. Bütün bunları nəzərə alaraq hesab etmək olar ki, Sinan Oğanın səsləri süni şəkildə yığılan səslərdir və real bazası yoxdur. İkinci turda Rəcəb Tayyip Ərdoğanın daha böyük səs faizi ilə qələbə qazanacağ ehtimalı böyükdür. Sinan Oğana səs verən seçici kütləsinin az bir hissəsinin Ərdoğanın lehinə səs verməsi belə bəs edəcək ki, qələbə qazansın.

Azər Qasımov: “Seçkidən sonra Kılıçdaroğlu CHP başqanlığından gedəcək”.

Odur ki, Sinan Oğanın səslərinin hamısı Kamal Kılıcdaroğluna verilsə belə, CHP lideri qələbə qazana bilməyəcək. Türkiyədə artıq lətifəyə çevrilən “Ərdoğan namizədliyini geri götürsə və Kılıçdaroğlu seçkidə tək qalsa belə, ona bir faiz səs verməzlər” CHP liderinin namizədliyinin ümumiyyətlə doğru seçim olmadığı artıq öz partiyalıları tərəfindən belə etiraf edilir. Hesab edirəm ki, seçkidən sonra Kılıçdaroğlu CHP başqanlığından gedəcək.

Azərbaycan xalqı olaraq Sinan Oğanın səslərini Rəcəb Tayyip Ərdoğana verməsini istərdik. Sinan Oğan Azərbaycan xalqı ilə həmişə bir yerdə olub, indi də belədir. Əminik ki, Oğan Azərbaycan xalqının əksər hissəsinin dəstəklədiyi Rəcəb Tayyip Ərdoğanın yenidən prezident seçilməsi yolunda maneə olmayacaq. Əks təqdirdə bu, Sinan Oğana qarşı Azərbaycan xalqının da münasibətinin xoş olmayan tərəfə dəyişməsinə səbəb olar”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar