Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya Rusiyadan almaz və metalların idxalını qadağan edəcək

Böyük Britaniya hökuməti Rusiyadan yerli istehsal olan mis, alüminium və nikelin, habelə almazların idxalına qadağa qoyur...

Poliqon xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunakın ofisinin yaydığı bəyanatda deyilir.

“Biz bu ilin sonunda Rusiya almazlarının idxalını qanuni olaraq qadağan edəcəyik, bu ölkənin dəmir və poladına mövcud qadağalara əsaslanaraq, Rusiya mənşəli mis, alüminium və nikel idxalını tamamilə dayandıracağıq”, deyə sənəddə qeyd edilib.

Xatırladaq ki, 2022-ci ilin yazında London artıq Rusiyanın almaz hasilatı ilə məşğul olan “Alrosa” şirkətinə qarşı sanksiyalar tətbiq edib və Rusiya istehsalı olan brilyantlara əlavə 35% rüsum tətbiq edib. Rusiya Federasiyasından almaz, mis, nikel və alüminium idxalına qoyulan qadağaların qüvvəyə minmə tarixləri göstərilmir.

Bəyanatda həmçinin bildirilir ki, Böyük Britaniya 86 rusiyalı fiziki şəxsə və hərbi-sənaye kompleksinə və Rusiya Federasiyasının büdcəsini ixrac gəlirləri ilə təmin edən sektorlara aid şirkətlərə məhdudiyyətlər tətbiq edəcək: “Bu ticarət tədbirləri ilə yanaşı, hökumət hərbi-sənaye kompleksində, həmçinin enerji, metal və gəmiçilik kimi əsas gəlir mənbələri ilə əlaqəli 86 nəfər və şirkətləri hədəf alan yeni şəxsi sifarişlər hazırlayır”.

Sanksiyaya məruz qalacaq fiziki şəxslərin və şirkətlərin siyahısı açıqlanmır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar