Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ətinin yeyilməsi üçün ölkəyə gətirilən heyvanlar əhalinin qidasını necə məhv edirlər? - Foto

Bizim millət onu siçovula oxşatdı deyə tələbat olmadı və əti demək olar ki, yeyilmədi...

Son dövrlər qeyri-sabit hava şəraiti kənd təsərrüfatına ciddi ziyan vurur. Bununla yanaşı yenotların da təhlükə törədəcəyi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılır.

Bəs Azərbaycana Amerika yenotları necə gətirilib? Təbiətə necə buraxılıb? Kənd təsərrüfatına hansı ziyanları var?

Məsələ ilə bağlı “Ekostil-Azərbaycan” Təbiəti Mühafizə İctimai Birliyinin sədri, dosent Elman Yusifov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, öz təbii arealından kənara insanlar tərəfindən aparılan və həmin ərazilərdə yerli təbiətə zərər verən canlılara invaziv növlər deyirlər:

“Bu hadisə də invaziya adlanır. Bu növlər kənd təsərrüfatına, bioloji müxtəlifliyə də böyük ziyan vururlar. Hər hansı bir ərazidə bioloji müxtəliflik uzun illər 10, 100 və 1 milyon il ərzində tarazlıq vəziyyətinə çatır. Siz çəmənliyə gedəndə görürsünüz ki, bir bitki növü üstünlük təşkil edir, digərləri isə ara-sıra olur.

Bunların hamısının təbiətdə say tənzimləyicisi var. Məsələn, genetik partlayış nəticəsində siçanların sayı artırsa, həmin anda təbiətdə onlarla qidalanan ilanların da sayı artır. Təbii ki, ilanlar görəndə ki, burada çoxlu qida resursu var və çox yumurta qoyurlar… Quşlar, bitkilər hamısı eyni belədir. Yad növlər gələndə tarazlığı poza bilirlər.

Çünki onların rəqibləri yoxdur və 10 min ilə formalaşır. Ona görə də tarixi növləri sıxışdırıb çıxarır və ekoloji tarazlığı pozurlar. Bu tarazlığın pozulması isə həmin ərazinin bioloji müxtəlifliyinin zəifləməsinə, xəstəliklərin yayılmasına səbəb olur”.

Qeyd edək ki, yenotun bədəninin uzunluğu 60 sm, quyruğunun uzunluğu isə 25 sm-ə çatır. Bədəni enlikürək, qısa pəncəli, uzun barmaqlı, başı enli, kiçik, nazik sifətli, qulaqları böyükdür. Tükü qalın, uzun, tünd boz rəngdədir. Sifətində ağ haşiyəli qara maska var. Quyruğunda 5-7 enli qara və ya ağ həlqə mövcuddur.

Pəncələri qısadır və barmaqlar yaxşı inkişaf etdiyindən, onların izi insan əlinin izini xatırladır. Yenotun ön pəncələri çevikliyinə görə, insan əlləri ilə rəqabət apara bilər. Yenot ön pənçələri ilə əşyaları tutur və saxlayır, həmçinin qidasını yuyur. Xəzi sıx olub, qəhvəyi-boz rəngdədir.

Yaşlı koğuşlu ağacları, həmçinin su hövzələri və bataqlıq ərazilər olan qarışıq meşələr yenot üçün daha əlverişlidir. İynəyarpaqlı meşələrdə, həmçinin su hövzələri olmayan meşələrdə rast gəlinmir. Ağac koğuşlarından sığınacaq kimi istifadə edir.

Antropogen landşaftlara asanlıqla uyğunlaşaraq, tarlalarda, bağlarda, çox zaman şəhərlərdə və şəhərətrafı ərazilərdə məskunlaşır. Yenot yuvasını ağacların koğuşunda düzəldir. Məcburi hallarda yerüstü sığınacaqlardan - qayalardakı yarıqlardan, porsuqların yuvalarından istifadə edir, özü yuva qaza bilmir.

Alaqaranlıq-gecə həyat tərzi keçirir, gündüzlər yuvalarında gizlənir. Alaqaranlıq düşəndə ova qida axtarışı üçün öz ərazisini gəzir. Yenot nadir hallarda öz sığınacağından 1,5 km-ə qədər uzaqlaşır.

Birliyin sədri qeyd edib ki, bəzi heyvanlar, bitkilər özlərinin parazitlərini də gətirir və çoxalır:

“Həmin parazitlərə də nəzarət edən parazitlər olmadıqda xəstəlik sayı artır, bəzən insanlara da keçə bilir. Azərbaycana ziyan verən heyvan növü kimi tək yenot deyil, hətta meduzanın xırda bir növü də Xəzər dənizinə gəlib. Orada onlar kilkələrin sürfələri ilə qidalanır. O, Xəzər dənizinə gəmilərin ballast suları ilə gəlib. Əslində həmin gəmilər Xəzərə girəndə yuyulmalıdır. Bu edilməyib, ya da tam təmizlənməyib ki, onlar gəliblər”.

E.Yusifov əlavə edib ki, Azərbaycanın yay otlaqları var və orada “Ağbığ” deyilən bitki gətirilib ki, digərlərini sıxışdırıb. Heç bir heyvan onu yemir və yay otlaqlarının dəyəri aşağı düşüb”.

Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov Oxu.Az-a açıqlamasında bildirib ki, yenotlar Azərbaycanda Böyük Qafqazın ətəkləri və Talış dağlarında məskunlaşıblar.

Elman Yusifov Amerika yenotunun ölkəmizə gətirilməsindən də danışıb:

“Yenot keçən əsrin 60-70-ci illərində ölkəmizə gətirilib. Gətirməkdə məqsəd ət problemini həll etmək olub. Belə ki, insanlar bunun ətini yesinlər, xəzindən isə papaq hazırlansın. Bizim millət onu siçovula oxşatdı deyə tələbat olmadı və əti demək olar ki, yeyilmədi. Nəticədə bu heyvanın sayı çoxaldı.

Hazırda əkin sahələrinə və su quşlarına ziyan vurur. Onların yumurtalarını yeyir, yuvalarını dağıdır. Yenotların ovunu təşviq etmək lazımdır. Əhali onları ovlayıb və dərisini təhvil verməklə pul ala bilər. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi layihə hazırlamalı, Nazirlər Kabineti qərar verib, büdcə ayırmalıdır. Çünki ciddi ziyan törədir. Yenotlar Oğuz, Qəbələ, Şəki, Qax, Quba və cənubda da yayılıb. Yenotun bir yaxşı xüsusiyyəti var ki, nəyi götürürsə, suda yaxalayır və yeyir”.

Poliqon.info


Etiket: yenot ziyan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar