Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“WhatsApp”da mesajları başqaları üçün gizlədən yeni funksiya - Foto

Şəxsi söhbətlərdən gələn mesajların məzmunu avtomatik olaraq bildirişlərdə gizlənəcək...

“WhatsApp” şəxsi yazışmaları parol və ya biometrik məlumatlarla qorumağa imkan verən “bağlanan söhbət” funksiyasını təqdim edib.

Yenilik barədə mesencerin rəsmi bloqunda məlumat verilir.

Funksiya dialoqları əsas ekrandan ayrıca qovluğa köçürməyə imkan verir. Onu açmaq üçün parol və ya barmaq izi kimi biometrik məlumatlar tələb olunur.

Bundan əlavə, şəxsi söhbətlərdən gələn mesajların məzmunu avtomatik olaraq bildirişlərdə gizlənəcək.

Söhbəti bağlamaq üçün yazışmada həmsöhbətin və ya qrupun adının üzərinə vurmalı, sonra istənilən seçim edilməlidir.

Şəxsi söhbətləri ekranda görünən etmək üçün barmağınızı onun üzərində yavaş-yavaş sürüşdürməli, parol və ya biometrik məlumat daxil etməlisiniz.
“Biz düşünürük ki, bu funksiya hansısa səbəbdən telefonu sevdiyiniz insana və ya hər hansı digər şəxsə təhvil verdiyiniz, elə həmin anda çox şəxsi mesaj aldığınız hallarda faydalı olacaq”, - deyə “WhatsApp” komandası bildirib.

Funksiya artıq bir sıra istifadəçilər üçün əlçatandır.(oxu.az)

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar