Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aleksandr Budberq: “Ermənistan cəmiyyəti müharibənin nəticələri ilə barışıb” 

Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması üzrə danışıqlar prosesinin aktiv mərhələsi davam edir...

Ardınca Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə Brüsseldə Azərbaycan Prezidenti İlham ƏliyevErmənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar aparılıb.

Baş tutan müzakirələr barədə Oxu.Az-a müsahibə verən rusiyalı jurnalist və siyasi müşahidəçi Aleksandr Budberq hesab edir ki, danışıqların səmərə vermədiyini söyləmək düzgün olmaz:

- Bəli, bir tərəfdən, hələ nəticələri gözləməyə dəyməz. Ancaq digər tərəfdən, bu, nəticəyə doğru bir addımdır. Hesab edirəm ki, əsas dəyişiklik baş verib və bu ondan ibarətdir ki, əgər əvvəllər Azərbaycanla sülh sazişi ideyası Ermənistan üçün ümumiyyətlə qəbuledilməz idisə, indi bu, qeyri-populyar olsa da, mümkündür. Və proses daha da irəli gedəcək.

- Ermənistan müxalifəti Nikol Paşinyana ciddi təzyiqlər edir. Müxalif “Ermənistan” parlament fraksiyasının üzvü, “Daşnaksütyun” partiyasının lideri İşxan Saqatelyan əhalini ümumvətəndaş itaətsizliyinə səsləyib.

- Bəli, Ermənistanın baş naziri ciddi təzyiq altındadır, o, bunu nəzərə almalıdır. Amma eyni zamanda, təcrübə göstərdi ki, Ermənistanda ultravətənpərvər ideyalara istinad edərək Paşinyanı uzaqlaşdıra biləcək qüvvə yoxdur. Ümumiyyətlə, Ermənistan cəmiyyəti artıq müharibənin nəticələri ilə barışıb, həm də daim müharibəyə çağırış edən liderlərdən yorulub.

- Dediniz ki, Ermənistanda Paşinyanı kənarlaşdıra biləcək qüvvə yoxdur. Bəs onun fiziki olaraq aradan götürülməsi haqqında nə demək olar? Tanınmış erməni hüquqşünas Muşeq Şuşanyan bu yaxınlarda bəyan etmişdi ki, “Nikolun (Paşinyan – red.) fiziki cəhətdən aradan götürülməsi tamamilə doğru hərəkət olardı”.

- Ermənilər temperamentli xalqdır... Bu vəkil isə çox şey deyə bilər. Amma fakt faktlığında qalır: Ermənistanın müharibəni uduzmasına, digər böyük problemlərinin olmasına baxmayaraq, Paşinyan baş nazirdir. Hətta müharibədən dərhal sonra etirazçılar hökumət binalarını qarət edəndə onun sənədləri oğurlanmışdı. Amma o, ölkənin başçısı olaraq qaldı, bu o deməkdir ki, digər qüvvələr onu postundan kənarlaşdıra bilməzlər.

- Mən Ermənistandakı ictimaiyyət nümayəndələrindən sitat gətirməyə davam edəcəyəm. “Ermənistan” parlament fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib ki, ermənilərin məqsədi “Ermənistanın ərazi bütövlüyünü bərpa etmək, azərbaycanlıları ərazilərimizdən qovmaq, “Artsax”ı azad etmək və öz müqəddəratını təyinetmə ideyalarını reallaşdırmaq olmalıdır”.

- O, ciddi adam deyil. Ohanyan, sadəcə olaraq, parlamentdəki müxalifət fraksiyasının rəhbəridir ki, reytinqini artırmaq üçün nə desən, edə bilər. Əgər o, indiki müdafiə naziri olsaydı və bu statusda qeyd etdiyiniz açıqlamalar versəydi, bu, başqa məsələ olardı. İndi o, Ermənistanın hərbi məğlubiyyətinin ağır durumundan xal qazanmağa çalışan cılız siyasətçidir.

- Axı, o, keçmiş müdafiə naziri kimi başa düşməlidir ki, Ermənistanın hərbi revanş almaq üçün nə gücü, nə də imkanları var.

- Bu onu narahat etmir. O, sadəcə, zəvzəyir, belə olan halda isə artıq düşünməyə ehtiyac qalmır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar