Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün bürcünüz nələr vəd edir?..

Başqasının fikirlərindən əvvəlcədə xəbər tutmaq mümkün deyil, belə mənasız arzulardan əl çəkin...

Qoç - aktiv və nikbin olun. Problemlər yaranarsa, onları dərhal çözməyə çalışın. Enerjiniz və səyləriniz, niyyət və məramınız nə qədər güclü olarsa, bir o qədər yaxşı nəticəyə nail ola bilərsiniz.

Kollektitv tədbir, təqdimat, çıxış üçün yaxşı gündür. Fiziki işdə və aktiv çalışmaqda fayda var.

Yaşam arealınızı qaydayas alın. Qısa müddətdə çox iş görməyə cəhd göstərin.
İnşaat və dizayn sahələrində kreativ həllər tapmaq olar.

Maliyyə və pulla bağlı məsələlərdə ehtiyatlı olun. Şəxsi münasibətlər müstəvisində təşəbbüskar olun. Sərt və aqressiv davranmayın.

Buğa - məqsədə çatmağa az qalıb. Yeni planların reallaşdırılması üçün məkan hazırlamaq və ya ideyanı gerçəkləşdirmək üçün aktiv çalışın.

Fəqət, həddən ziyadə səy göstərməyin. Əks təqdirdə irəliləyiş əvəzinə geriləməyə nail olaraq səhhətinizdə problemlərə rəvac verə bilərsiniz.

Diqqətli olun, yaxın ətrafınızdakı insanların dəstəyini almağa çalışın. Sürətli nəticəyə hesablanmış yeni işə başlayın.

Maraqlarınızdan birini gerçəkləşdirmək üçün gərəkli material ala bilərsiniz. Olayların məcrası ümumən pis deyil. Kiçik problemlərə fikir verməyin.

Axşam saatlarında yetərincə istirahət edin.

Əkizlər - çoxsaylı təmaslar, xəbərlər və danışıqlar günüdür. Sabahkı günə əminliyinizin asılı olduğu işləri təxirə salmayın. Diqqətli olun.

Gərgin fon münaqişələr üçün əlverişli və münbit zəmin hazırlayır. Rəqiblər və bədxahlar aktivləşiblər. Dava üçün səbəb heç nədən yarana bilər.

İnformasiya axınını genişləndirin. Danışmaq, görüşmək, zəng etmək və ya yazışmağın vacib olduğu insanı müəyyənləşdirin.

Müzakirələr və ünsiyyət hətta sizin üçün gözlənilməz mövzunun başlanğıcı ola bilər.

Xərçəng - şablon və klişelərdən imtina edin, yeni və orijinal variantlar seçin. Başqasının fikirlərindən əvvəlcədə xəbər tutmaq mümkün deyil, belə mənasız arzulardan əl çəkin.

Təmkinli, fəndgir, hətta hiyləgər olun. Nə isə gərək olarsa, açıq danışın. Standart olmayan qərarlar qəfil uğur gətirə bilər. İşgüzar həyatda və şəxsi münasibətlərdə təşəbbüskar olun.
Ən maraqlı hadisələr olayların ciddiləşdiyi müstəvidə baş verəcək.

Dərhal döyüşə atılmayın. Təmkinli olun, marağı cəlb etməyə çalışın, nə istədiyiniz aydın deyil. Belə olarsa, məqsədə aparan yol xeyli qısalar.

Şir - ciddi və böyük miqyaslı iş görmək istəyi yarana bilər. Kollektiv də buna sevinəcək, enerjinizi gərəkli məcraya yönəltməyə çalışacaqlar.

Təhsil, təkamül, səfər və biliklərin əldə olunmasında xeyir var.
Mürəkkəb məsələni həll edin, yük kimi asılmış problemi çözün.

Avantüralarla fırıldaqlara uymayın. Güc və ideyalarınız çox olsa da, nəticədə nə əldə etmək istədiyiniz barədə düşünün. Tələsməyin, planları bir neçə günə bölün.

Qız - cəsarətli, aktiv, əzmli olun. Situsiyanın təbii axarına düşəcəyi anı gözləməyin. Sizə lazım olan məsələlərə təkan verin, onları sürətləndirin.

Danışıqlar, toplantılar, görüşlərə qatılın. Bilik və bacarığınızı nümayiş etdirin. Məşğul olduğunuz yeni iş barədə danışın.

Faydalı tanışlıq olacaq. Lakin o, romantik yox, işgüzar ruhdadır. Bəzi mühüm işləri başa vurun ki, yeni layihə və maraqlar üçün məkan olsun.

Fiziki işdə xeyir var. Evdə ciddi işlə məşğul olun.

Tərəzi - alınan informasiya və bu məlumatlardan istifadənin intensivliyi ilə yanaşı, faydaları barədə düşünün. Əlaqələr, təmaslar və sərfəli tərəfdaşlıq günün aktual mövzularıdır.

Yaxınlarınız və ya həmkarlarınızdan birinin həyatındakı olay sizi həyacanlandıra bilər. O adama yardım edin, dəstək verin.

Hadisələrin qismən nəzarətiniz altında olduğunu hiss etsəniz, aktiv və təşəbbüskar olun. Tərəfdaşlarınızın davranışınıza olan reaksiyasına fikir verin. Valideynlərlə ünsiyyət üçün vaxt tapın.

Əqrəb - maraqlar və qarşınızda duran məqsədlər bu, ya da digər halda tərəfdaşlıqla bağlıdır. Yaxın ətrafınızdakı insanlar sizi maraqlandıran məsələləri anlamağa çalışırlar. Hamı tələsir və insanları yalnız şəxsi məsələləri, problemləri maraqlandırır.

Problemlərin həlli daha geniş miqyasda fayda verə bilər. Yeni perspektivlər yaranır. Fərqli situasiyalarda təmasların energetika səviyyəsi yüksəkdir.

Səhər saatlarından etibarən aktiv olun. Məhsuldar, maraqlı gündür. Toplantılara qatılsanız, fəal mövqeyinizi nümayiş etdirin. Axşam saatlarında dostlarla görüş maraqlı ola bilər.

Oxatan - xəbər və hadisələrin pressinqinə rəğmən, ruhdan düşməyin, bədbin olmayın. Məhsul yığmağın zamanıdır. Başladığınız işdən həzz almağa çalışın.

Münasibətlər bərpa olunur, gələcək perspektivlərin formalaşması ilə bağlı müzakirələrdə ilkin razılaşma əldə olunur.

Dostlar və iş yoldaşları yeni təəssüratların mənbəyi olacaqlar. Prioritetlərin dəyişməsi, məqsədlərin yenilənməsi istisna deyil. Yaşanacaq hadisələr bundan sonra uzun müddətdə işlərin gedişatı ilə şəxsi maraqları bəlirləyəcək.

Yeni orientirlər seçin, anlaşma və müqavilələr imzalayın. Yaxın gələcəkdəki işlərlə bağlı əməkdaşlığa başlamaq olar.

Oğlaq - narahat və gərgin gündür. Emosiyalar həddən ziyadədir. Yaxın ətrafınızdakı insanlar probelmlərin tez-tələsik həll yollarını arayırlar. Onlar maraqların toqquşduğu məqamlarda hövsələsiz və səbrsiz olacaqlar.

Vaxtınızı və enerjinizi boş söhbətlər, müzakirələr, münasibətlərin aydınlaşdırılmasına sərf etməyin. Yaradıcı olun, problemlərin orijinal həll yollarını arayın.

Günün ikinci yarısında perspektivləriniz üçün məhsuldar çalışın. Əldə etdiyiniz müvəffəqiyyəti gerçək uğura döndərin, detalları tələsmədən hazırlayaraq başa vurun. Axşam saatlarında evdə qayda yaradın.

Yaxın ətrafınızdakı insanlara yardımlarınız xüsusilə effektiv ola bilər. Ailə üzvlərinizdən birinin qarşısında yeni perspektivlər yaranır.

Dolça - uğur sizin tərəfinizdədir. Məqsəd və hədəflərinizi aydınlaşdırın, daha konkret edin. İşdə rəhbərliklə mübahisə etməyin. Belə mübahisənin ciddi fəsadları ola bilər.

Valideynləriniz sizinlə daha çox maraqlanmağa başlasalar, diqqətli davranın. Günün ikinci yarısında aktiv, amma soyuqqanlı davranın.

Qısa müddətə reallaşdıra biləcəyiniz məqsədləri müəyyənləşdirin. İşə elə indi başlayın və yaxın ətrafınızdakı insanlardan bəzilərini də yeni layihəyə cəlb edin.

Amma onlara təzyiq etməyin. İfrat tələbkarlıq, eqoizm, öz fikrinizi ən doğru mövqe saymaq yanlış davranışdır.

Fiziki işdə fayda var. Axşam saatlarında yetərincə istirahət edin.

Balıqlar - diqqətinizi bütünlüklə işə yönəltsəniz, çox məhsuldar gün ola bilər. Təhsil, tədris və ya digər müstəqil fəaliyyətlə məşğul olun.

Qaçaqaç, vurnuxma və intriqalardan kənar olun. Birgə işdə də yaxşı nəticələr əldə etmək olar.

Uzun söhbətlərə baş qoşmayın,  bir işlə məşğul olun, bir məqsədə can atın.

Axşam saatları səfər, görüş, müzakirələr, qonaq qəbulu üçün əlverişlidir. Son vaxtlar yarımçıq qalan işlərdən bəzilərini başa vurmaq olar.

Maliyyə perspektivlərinizi yaxşılaşdırmaq üçün yaranan imkanlardan istifadə edin.
Maraqlı ideyalar peyda olarsa, onlardan birini mütləq reallaşdırın.

Hədiyyə, mükafat, uğurlu alış-veriş istisna deyil. (Milli.Az)

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar