Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Ukraynaya uzaqmənzilli raketlər verməyəcək...

Ağ Evdən bildiriblər ki, ABŞ hələ də ATACMS raketlərini Ukraynaya ötürməyi planlaşdırmır...

ABŞ Ukraynaya uzaqmənzilli raketlərin, o cümlədən ATACMS ailəsinin operativ-taktiki ballistik raketlərinin tədarükü ilə bağlı mövqeyini dəyişmir.

Poliqon xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“ATACMS kimi uzaqmənzilli raketlərə yanaşmamız dəyişməyib. Bu məsələ ilə bağlı siyasətimizdə heç bir dəyişiklik yoxdur”, deyə Ağ Evin sözçüsü bildirib.

“Politico” nəşri belə bir qərarın ABŞ-ın Britaniyanın oxşar raketlərinin Kiyevə ötürülməsi fonunda qəbul edildiyini yazıb. Eyni zamanda, Vaşinqton Ukraynanı “Patriot” kompleksləri, döyüş sursatları və zirehli maşınlarla təchiz etməyə davam edəcək.

Başqa bir mənbəyə görə, London Kiyev qarşısında uzaqmənzilli raketlərdən istifadə etmək şərtini irəli sürüb: Ukrayna ordusu onlardan yalnız ölkə daxilində hədəflərə qarşı istifadə oluna bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar