Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elçibəyin vəzifə, İlham Əliyevin medal verdiyi Sinan Oğan kimdir? 

Türkiyədə mayın 14-ü keçirilən prezident və parlament seçkilərinin nəticələrinin hesablanması davam etdirilir. Hazırda prezident postuna əsas rəqabət hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla Türkiyə müxalifətinin vahid namizədi Kamal Kılıçdaroğlu arasında getsə də, “Ata İttifaqı”ndan prezidentliyə namizəd Sinan Oğan da seçkinin sürpriz ismidir. Hazırkı nəticələrə əsasən, Sinan Oğan 5 faizdən çox səs toplayıb.

Poliqon.info-nun məlumatına görə, 55 yaşlı Sinan Oğan seçki prosesindəki cari nəticələri ilə yanaşı, şəxsi həyatı və karyerası, eləcə də Azərbaycanla əlaqəsi ilə bağlı hazırda müzakirə olunur.

İlk olaraq qeyd etmək lazımdır ki, S.Oğan 1967-ci ildə Iğdırda azərbaycanlı ailəsində dünyaya gəlib. Marmara universitetində iqtisadiyyat və idarəetmə üzrə təhsil alan Sinan Oğan 1993-2000-ci illərdə Azərbaycanda müəllim olaraq fəaliyyət göstərib. Belə ki, onun Azərbaycan İqtisadiyyat universitetində müəllim fəaliyyəti ilə yanaşı, dekan müavini olaraq çalışması da məlumdur.

Prezidentliyə namizədin bu yaxınlarda verdiyi açıqlamaya görə, azərbaycanlı iki nazir onun tələbəsi olub. O bildirib ki, gənclər və idman naziri Fərid Qayıbov və iqtisadiyyat naziri Mikayıl Cabbarov onun tələbələri olub. 2000-ci ildə Türkiyəyə qayıdan Oğan Avrasiya Strateji Araşdırmalar Mərkəzində Qafqaz üzrə çalışıb.

Lakin Sinan Oğanın Azərbaycandakı fəaliyyəti bununla bitmir. Belə ki, 1991-ci ildə Sovet İttifaqının dağılmasından əvvəl Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəylə görüşüb və Azərbaycanın müstəqillik qazanmasından sonra bir müddət Elçibəyin Ofisində fəaliyyət göstərib.

O, eyni zamanda 1992-2000-ci illərdə TİKA-nın (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) Azərbaycandakı nümayəndəsi olaraq işləyib. 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi medalı”na layiq görülüb. Oğan, həmçinin Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun baş katibi vəzifəsində də çalışıb.

Siyasi fəaliyyətinə gəldikdə isə, qeyd etmək lazımdır ki, Sinan Oğan 2011-ci ildə Milliyyətçi Hərəkat Partiyasının Iğdır bölgəsindən deputatlığa namizəd olub və seçkilərdə qalib gələrək deputat mandatı qazanıb. 2015-ci ildə MHP-ni tərk edən Oğan 2023-cü ildə “ATA” İttifaqından prezidentliyə namizəd olub.(Qafqazinfo)

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Ən çox oxunanalar