Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sosial şəbəkələrdə vəzifəli şəxsi təhqir etdi, həbs olundu  

Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə ona 1 il həbs cəzası verilib...

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Elnur Azadxanovun rayon sakini, 1974-cü il təvəllüdlü Mirrahil Cabbarov barəsində məhkəməyə etdiyi xüsusi ittiham qaydasındakı şikayətinə baxılıb.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, E.Azadxanov M.Cabbarovun sosial şəbəkələrdə video yayaraq barəsində təhqir və böhtana yol verdiyini bildirib. O, M.Cabbarovun Cinayət Məcəlləsinin 147 və 148-ci (Təhqir və böhtan) maddələrinə əsasən, cəzalandırılmasını xahiş edib.

Məhkəmədə M.Cabbarovun “YouTube” və “Facebook”da yaydığı görüntülər və səsləndirdiyi fikirlər sübut kimi dəyərləndirilib. Görüntülərdə M.Cabbarov xəstəxana rəhbərliyinin, xüsusilə də E.Azadxanovun rayon səhiyyəsinə rəhbər təyin edilməsindən sonra bu sahənin acınacaqlı vəziyyətə düşməsini, xəstəxanada işçilərin rüşvət qarşılığında işə götürülməsini bildirib. O, E.Azadxanovun ünvanına təhqiramiz ifadələr işlədərək onun müxtəlif cinayət əməlləri törətməsini iddia edib.

Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə ona 1 il həbs cəzası verilib. Mirrahil Cabbarov məhkəmə zalındaca həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

Qeyd edək ki, Elnur Azadxanov daha çox pandemiya dövründə Operativ Qərargahın brifinqlərində tez-tez media önünə çıxmağı ilə tanınıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar