Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çavuşoğlu-Lavrov görüşü... - Azərbaycanla bağlı hansı məsələlər müzakirə edilə bilər?

Türkiyə və Rusiya xarici işlər nazirlərinin Moskvada keçirilən görüşü diqqət mərkəzindədir...

Politoloq: “Türkiyə və Rusiya arasında artıq özünəməxsus bir gündəlik formalaşıb. Bu gündəlikdə də Qafqaz problemi, yəni Azərbaycanla Ermənistan arasında gedən danışıqlar, təmaslar sülh prosesinə aid olan durum həmiş diqqət mərkəzində olub”.

“Əgər Ermənistan sülhü istəmirsə, öz paytaxtında "Nemezis" abidəsini qoyursa, deməli onlar nifrət siyasətindən, qarşıdurma kursundan əl çəkmirlər, uzun illərdir yürütdükləri siyasətdən uzaqlaşmaq istəmirlər”.

Bu sözləri politoloq Tofiq Abbasov Moskvada Çavuşoğlu və Lavrov arasında keçirilən görüş Poliqon-a şərh edərkən qeyd edib.

Moskvada Çavuşoğlu və Lavrov arasında keçirilən görüş beynəlxalq aləmin diqqət mərkəzindədir. Tərəflərin bu görüşdə əsasən Suriya məsələsini müzakirə etməsinə rəğmən siyasi analitiklər Çavuşoğlu və Lavrov arasında aparılan danışıqların Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb etdiyini dilə gətirirlər.

Bəs Çavuşoğlu və Lavrov Moskvada Azərbaycanla bağlı hansı məsələləri müzakirə edə bilərlər?

Çavuşoğlu-Lavrov görüşünü Poliqon-un əməkdaşı politoloq Tofiq Abbasov ilə müzakirə edib.

Tofiq Abbasov: “Moskva və Türkiyə arasında gedən dialoqda Qafqaz məsələsi, Ermənistan-Azərbaycan münaqişəsi hələ uzun müddət gündəlikdə öz yerini saxlayacaq”.

Ermənistanın son günlərdə təxribatlara əl atdığını xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bununla da İrəvan guya manevr imkanlarının olmasını göstərmək istəyir:

“Ümumiyyətlə, Türkiyə və Rusiya arasında artıq özünəməxsus bir gündəlik formalaşıb. Bu gündəlikdə də Qafqaz problemi, yəni Azərbaycanla Ermənistan arasında gedən danışıqlar, təmaslar sülh prosesinə aid olan durum həmiş diqqət mərkəzində olub. Çünki hər iki tərəfin bu prosesə marağı var.

Digər tərəfdən Azərbaycan həm Türkiyənin, həm də Rusiyanın strateji tərəfdaşıdır. Eyni zamanda Türkiyə ilə Azərbaycanın daha çox müttəfiqlik əlaqələri var. Demək olar ki, Rusiya ilə də bu zəmində təməl qoyulub. Amma bəzi məsələlər var ki, orada baxışlar haçalanır. Bu haçalanma ilk növbədə Ermənistanın davranışı ilə məhz bilavasitə əlaqəlidir. Çünki Ermənistan heç bir xətti ciddi şəkildə tutub, onun üzərində öz hərəkətini təmin edə bilmir.

Bildiyimiz kimi, Ermənistan son günlərdə təxribatlara əl atır. Bununla da İrəvan göstərmək istəyir ki, guya onun manevr imkanları var. Amma burada məsələ bir kontekstdə qoyula bilər. Yəni, onsuz da, Ermənistanın sülh müqaviləsindən yayınma cəhdləri heç bir nəticə verməyəcəkdi. Çünki əks təqdirdə Ermənistan yenidən zərbə yeməli olacaq. Bu aydın görünən prespektivdir.

Tofiq Abbasov: “Burada Türkiyənin qayəsi ondan ibarətdir ki, Moskva Ermənistanı ağıla gətirsin”.

Əgər Ermənistan sülhü istəmirsə, öz paytaxtında "Nemezis" abidəsini qoyursa, deməli onlar nifrət siyasətindən, qarşıdurma kursundan əl çəkmirlər, uzun illərdir yürütdükləri siyasətdən uzaqlaşmaq istəmirlər. Buna görə də gərək bu məsələlərlə bağlı Moskva Ermənistana müəyyən təzyiqlər etsin. Biz görürük ki, faktiki olaraq Ermənistan ipə-sapa yatmır. Bu da ondan ibarətdir ki, Rusiyanın daxilində bəzi qüvvələr də Ermənistana dəstək verirlər. Hətta, bu qüvvələr Ermənistana silah-sursatı da göndərirlər. Amma rəsmi Moskva bunları bilə-bilə bəzi hallarda ikili standartlara üstünlük verir.

Burada Türkiyənin qayəsi ondan ibarətdir ki, Moskva Ermənistanı ağıla gətirsin. Bu Rusiyanın iqtidarındadır. Həm də bu ona görə lazımdır ki, Qafqaz bölgəsi Ermənistana görə uzun müddətdir qeyri-sabit bir şəkildədir. Bu qeyri-sabitliyə də son qoymaq üçün ilk növbədə lazımdır ki, Ermənistan dövləti özünün beynəlxalq hüquq qarşısında götürdüyü öhdəliklərdən yayınmasın, onlardan qaçmasın.

Hesab edirəm ki, Moskva və Türkiyə arasında gedən dialoqda Qafqaz məsələsi, Ermənistan-Azərbaycan münaqişəsi hələ uzun müddət gündəlikdə öz yerini saxlayacaq. Bu məsələ Ermənistanın öz hərəkətlərinə ciddi təsir etməyənə, beynəlxalq hüquqa, eləcə də qonşularına hörmətlə, diqqətlər yanaşmayan qədər gündəmdə qalacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar