Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahdağ, Xınalıq və Qrıza qar yağıb, güclü külək əsib - Faktiki hava, Yenilənib

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti mayın 4-ü axşamadək davam edəcək...

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Poliqon.info-ya verilən məlumata görə, ölkə ərazisinə düşən yağıntının miqdarı Qəbələdə 53.0 mm (aylıq normanın 44 %-i), İsmayıllıda 22.0 mm (aylıq normanın 18 %-i), Zərdabda 18.0 mm (aylıq normanın 49 %-i), Göyçayda 18.0 mm (aylıq normanın 29 %-i), Qobustanda 17.0 mm, Şamaxıda 13.0 mm, Qrızda 11.0 mm, Oğuz, Şəki, Kürdəmirdə 9.0 mm, Ağdamda 8.0 mm, Ordubad, Ağsu, Qaxda 7.0 mm, Şahbuz, Gədəbəydə 5.0 mm, Lerik, Şahdağ, Xaltanda 4.0 mm, Altıağac, Naxçıvanda 3.0 mm, Qubada 2.0 mm, Lənkəran, Astara, Yardımlı, Biləsuvar, Qusar, Göygöl, Tərtər, Yevlax, Sabirabad, Neftçala, Göytəpədə 1.0 mm-dək olub.

Mayın 2-də şimal-qərb küləyi arabir Naxçıvan, Ceyrançöldə 18 m/s, Şəmkirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.7 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 14-16° isti, Naxçıvanda 12°-dək isti, dağlıq rayonlarda 4-8° isti, yüksək dağlıq ərazilərdə 4°-dək şaxta, aran rayonlarında 11-15° isti olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti mayın 4-ü axşamadək davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

***
Mayın 3-ü saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış, dağlıq rayonlarda qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, qar örtüyünün hündürlüyü Şahdağda 8, Xınalıqda 6, Qrızda 3 sm olub.

Qeyd olunub ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti mayın 4-ü axşamadək davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Ən çox oxunanalar