Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrandan Bakıya kritik mesajlar: “Hüseyniyyun” məhv edilir?

İran son zamanlar Azərbaycanla siyasi gərginliyin azaldılması istiqamətində səylər göstərir.

Xüsusilə diplomatik kanallar vasitəsilə bir müddətdir gedən danışıqlar tərəflər arasında müvəqqəti nisbi sakitliyin əldə edilməsi ilə nəticələnə bilər.

Rəsmi Bakı regional sülh və sabitliyin təmin edilməsi üçün istənilən konstruktiv danışıqlara getməkdə maraqlıdır. Bu, İran üçün də keçərlidir.

Şübhəsiz ki, iki ölkə arasında mövcud gərginliyin səbəbkarı İrandır. Rəsmi Tehranın Azərbaycana qarşı kəskin siyasi ittihamları və imperialist siyasəti kontekstində proksi qüvvələri bəsləməsi münasibətləri pozan başlıca amillər oldu.

Siyasi münasibətlərdən fərqli olaraq iki ölkə arasında iqtisadi əlaqələr zədələnməyib. Xüsusilə energetika sahəsində iki ölkə arasında imzalanan və bu gün də qüvədə olan razılaşmalar var.

Azərbaycan tərəfi mövcud gərginlik fonunda İranın hədə və siyasi təhdidlərindən qorxmadığını, geri çəkilməyəcəyini göstərdi. Hətta rəsmi Tehranın ən sərt ritorikalarında belə bu ölkəyə qarşı təzyiq rıçaqlarının olduğunu və lazım gələcəyi təqdirdə istifadə edə biləcəyini də sübut etdi.

İran indiki məqamda Azərbaycanla münasibətləri yumşaltmaq istəyirsə, Bakını narahat edən sualları cavablandırmalı, bəzi istəklərini yerinə yetirməlidir.

Görünür, Tehran Bakının müəyyən istəklərini yerinə yetirməyə başlayıb. Söhbət İrandakı rejimə bağlı terrorçu “Hüseyniyyun” qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədovun İranın Qum şəhərində saxlanılmasından gedir.

Tehran bu addımı ilə Azərbaycanla münasibətləri normallaşdırmaq istədiyinə dair pozitiv mesaj verir. Lakin Tohid İbrahimbəyli və Orxan Məmmədovun İranda həbs edilməsi kifayət deyil. Həmin şəxslər Azərbaycana ekstradisya edilməlidir.

Prinsip etibarilə hər iki şəxs barəsində Azərbaycanda “dövlətə xəyanət” və “terrorçuluq” maddələri ilə cinayət işi açılıb və axtarışdadırlar.

Orxan Məmmədov mütəmadi şəkildə sosial şəbəkələrdə dini kəlamlarla, siyasi analizlərlə vətəndaşları dövlətə qarşı çıxmağa, iğtişaşlar yaratmağa səsləyir. O.Məmmədov Rusiyada yaşayan azərbaycanlı gənclər arasında da “İslam inqilabı” ideyalarını yaymaqla məşğul olan dəstənin nümayəndələrindəndir.

Tohid İbrahimbəyliyə gəldikdə isə o, 2015-2016-cı illərdə Qum və Məşhəd şəhərlərindəki mədrəsələrdə oxuyan 14 azərbaycanlı gənci başına yığaraq “Hüseyniyyun” terror təşkilatını yaradıb. Yutub sosial şəbəkəsində radikal çıxışlar edən bu şəxs də illər öncə İranın Qum şəhərinə köçüb.
Azərbaycan tərəfi artıq bir neçə dəfə rəsmi formada İrana müraciət edərək, sözügedən terror təşkilatının üzvlərinin ölkəmizə ekstradisiyasını tələb edib.

Tohid İbrahimbəyli və Orxan Məmmədov hər nə qədər İranda həbs edilsə də, Bakının Tehrana inamı ciddi ölçüdə zədələnib. İki ölkə arasında qarşılıqlı etimadın yenidən təmin olunması baxımdan onların qeyd-şərtsiz ölkəmizə ekstradisiyası zəruridir.

Mümkündür ki, İran Tohid İbrahimbəyli və Orxan Məmmədovu ekstradisiya etməyəcək. Çünki hər iki şəxs İranın proksi qüvvələridir və təlimatı birbaşa SEPAH-dan alırlar. Bu şəxslərin ekstradisiyası İranın bir sıra məxfi məlumatlarının ifşası deməkdir ki, Tehran göz görə-görə bunu etməz.

Həmin şəxslərin ekstradisiya edilməməsi həm də onu deməyə əsas verəcək ki, İran “Huseyniyyun” “dosyesi”ni bağlamayıb. Tohid İbrahimbəyli və Orxan Məmmədov həbs edilsə belə qısa zamanda onlara əvəzləyəcək şəxslər ortaya çıxacaq.

Müəllif: Politoloq Turan Rzayev

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Çin ABŞ-ni Ukraynada sülhə nail olmağa çağırıb

1988-ci il iyununda kəndin 3 sakinini faciəli şəkildə öldürdülər - Qərbi Azərbaycan Xronikası

“Əcəmi”də "səs-küy" salan obyektlərlə bağlı tədbir görüldü - Video

Göyçay Peşə Liseyindən 77 tələbə xaric edilib, direktor müavini və baş mühasib işdən çıxarılıb

Ən çox oxunanalar