Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş baş nazirin iqamətgahından xalat və başmaqlar yoxa çıxdı: 12 min funt-sterlinq ödəməlidir  

Ödəniləcək məbləğə həmçinin Trass və köməkçilərinin iqamətgahda içdikləri şərab və digər spirtli içkilərin dəyəri də daxildir...

Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass 12 min funt-sterlinq dəyərində ziyana düşüb.

Trass şəhərdən kənarda yerləşən Çeveninq iqamətgahından yoxa çıxan xalat və başmaqların hesabını hökumətə ödəməlidir.

Bu barədə “Times” qəzeti adı açıqlanmayan mənbəyə istinadən xəbər verib.

Məlumata görə, Britaniya Nazirlər Kabineti katibliyi keçmiş baş nazirlə əlaqə saxlayıb və onun vəzifədə olduğu zaman qonaq qəbul etdiyi iqamətgahda yaşayış xərclərini ödəməsini istəyib.

Ödəniləcək məbləğə həmçinin Trass və köməkçilərinin iqamətgahda içdikləri şərab və digər spirtli içkilərin dəyəri də daxildir.

“İqamətgahda çalışan işçilər həmçinin bildiriblər ki, bu müddət ərzində dəsmallar, xalatlar və hətta başmaqlar da yoxa çıxıb. Buna görə də nazirdən itən əşyalara görə kompensasiya ödəməsi istənilib”, - deyə bununla bağlı dərc olunan materialda qeyd edilib.

Vurğulanıb ki, Böyük Britaniya hökuməti yalnız iqamətgahda keçirilən rəsmi tədbirlərə çəkilən xərcləri ödəyir, şəxsi qonaqların əyləncəsi və ziyafət görüşləri isə bu xərclərə daxil deyil.

Liz Trassın nümayəndəsinin nəşrə verdiyi məlumata görə, keçmiş baş nazir ona təqdim olunan hesabla bağlı etiraz etmək niyyətindədir, çünki buraya təkcə şəxsi deyil, rəsmi xərclər də daxil edilə bilər.(oxu.az)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar