Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə sürətli hədəf təyyarəsi “Super Şimşək” istehsal ediləcək - Foto

ANKA-3 insansız döyüş təyyarəsinin qanadları altına bərkidiləcək “Şimşək” yüksək hədəf təyyarəsinin yeni versiyası hazırlanır...

Bu barədə Türk Aviasiya və Kosmik Sənaye (TUSAŞ) şirkətinin insansız hava vasitələri mühəndisliyi üzrə direktoru Bülent Korkem məlumat verib.

Bülent Korkem bildirib ki, ortaya çıxan platforma sanki “Şimşəy”in böyük qardaşı” kimi olacaq. O, yeni təyyarəyə “Super Şimşək” adını verdiklərini qeyd edib.

Korkemin sözlərinə görə, “Super Şimşək” ilk növbədə hədəf təyyarəsi olacaq, ardınca isə saxta hədəf və hücum məqsədli, döyüş sursatlarına malik olan yeni versiyaları hazırlanacaq.

Döyüş sursatlarına malik olan versiyalarda fərqli formalarda başlıqlardan istifadə ediləcək. “Buna görə də “Super Şimşək” hava-yer, hava-hava hücum missiyalarını yerinə yetirəcək, üzərinə öz imkanları daxilində elektron döyüş sistemləri quraşdırılacaq və yerdəki düşmən sistemlərini aşkar edib hücum gerçəkləşdirə biləcək. 700 kilometrdən çox məsafə qət etməsini gözləyirik”, - deyə o vurğulayıb.

Fotolar

Poliqon.info

 
 


Etiket: Super Şimşək


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar