Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Flora Kərimova doğum evində Milli Qəhrəmanı necə xilas etdi? 

Kaş həmin məktubu götürüb saxlayardım...

“Səhnədə çıxış edirdim, orada birinci sırada qazilərin və şəhidlərin anaları və xanımları əyləşmişdilər. Gördüm, bir xanım məni çağırır, çox həyəcanlı idi. Xanımla görüşdüm, mənə dedi ki, “oğlumun həyatını siz xilas etmisiniz. O, 1995-ci ildə şəhid olub. Hazırda Azərbaycanın Milli Qəhrəmanıdır”.

Bunu xalq artisti Flora Kərimova Teleqraf.com-un suallarını cavablandırarkən deyib.

Onunla müsahibəni təqdim edirik:

- Flora xanım, siz 1973-cü ildə Əzizbəyov adına doğum evində təcrübəçi həkim kimi çalışan zaman sonradan Azərbaycanın Milli Qəhramanı olan Samir Xasıyevin həyatını xilas etmisiniz. Bu haqda məlumat verməyinizi istərdik.

- Bəli, Samir Xasıyev 1995-ci il martın 17-də Bakıda dövlət çevrilişinin qarşısını alarkən 21 yaşında qəhrəmancasına şəhid olub. Onun anası mənə Samir Xasıyev haqqında xatirəsini bölüşüb, hətta məktubu da oxuyub.

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında konsert idi. Səhnədə çıxış edirdim, orada birinci sırada qazilərin və şəhidlərin anaları və xanımları əyləşmişdilər. Gördüm, bir xanım məni çağırır, çox həyəcanlı idi. Xanımla görüşdüm, mənə dedi ki, “oğlumun həyatını siz xilas etmisiniz. O, 1995-ci ildə şəhid olub. Hazırda Azərbaycanın Milli Qəhrəmanıdır”.

Sonra haqqımda film çəkildi və orada da Samir Xasıyev haqqında ağlaya-ağlaya danışdıq. Nigar Məcidovanın çəkdiyi sənədli film mənim həyat yolumdan bəhs edir. O zaman Samir Xasıyevin anası bu hadisəni danışanda və deyəndə ki, Samir Xasıyev şəhid olub, kövrəldim və indiyə qədər də yadıma düşəndə çox pis oluram.

Atası da oğluna yazdığı məktubu mənə göstərdi. O, oğlu haqqında yazıb ki, “səni həyata qaytaran Flora Kərimova olub”.

Mənim həyatımın ağrılı, göz yaşı dolu səhifələri çox olub. Sizinlə bir xatirəmi bölüşüm, Sumqayıtda konsertim olacaqdı. Birinci Qarabağ müharibəsi zamanı idi. O vaxt yaralıların müalicə olunduğu hospitallara tez-tez gedirdim. Orada kimsəsiz bir oğlan var idi. Hər dəfə gedəndə onun altını yuyub sonra konsertə gedirdim.

Bir dəfə gördüm ki, yarası çirk verib, hospitalda qırğın saldım. Heç kimi də yox idi. Huşunu itirmişdi. Sonra onun fotosunu qəzetdə işıqlandırdılar və qohumları tapıldı. Həmin an o qədər xoşbəxt idim ki. Onu günaşırı ziyarət editdim. Hamımız ona borclu idik.

- Samir Xasıyevin anası ilə nə zaman görüşmüsünüz? Bu hadisəni necə xatırlayırsınız?

- Tarixi tam xatırlamıram. Mənim keçmişimi yadıma salmasalar, unuduram. Samir Xasıyevin anası ilə bir-iki dəfə konsertlərdə görüşmüşəm. Bir dəfə Heydər Əliyev Sarayında şəhid ailələri üçün təşkil edilən konsertdə səhnəyə çıxdım. Çıxış zamanı Samir Xasıyevin anasının orada olmasından xəbərim yox idi. Səhnədə şəhidlərimiz haqqında fikrimi bildirdikdən sonra Samir Xasıyevin anasını da xüsusi vurğuladım. Sonra bildim ki, heç demə, Samirin anası da konsertə gəlibmiş.

Mən bir neçə il Əzizbəyov adına xəstəxanada mama-ginekoloq işləmişəm. Çox diqqətcil həkim idim. Samir Xasıyevin anası danışır ki, 1973-ci il il aprelin 20-si imiş. Onu xəstəxanaya ağır vəziyyətdə gətirirlər, əməliyyat çətin keçir, ona deyirlər ki, uşaq ölü doğulub. Mən uşağın həyatını xilas etmişəm. Və həyatını xilas etdiyim həmin uşaq Milli Qəhramanı Samir Xasıyevdir.

- Milli Qəhrəmanımızın anasıyla xüsusi görüşmədiyinizi qeyd etdiniz. Bəs, konsertlərdə sizinlə bir araya gələn zaman oğluyla bağlı hər hansısa xatirəni bölüşübmü? Samir Xasıyev sizin hansısa mahnınızı dinləyibmi?

- Samir Xasıyevin anası xatirələrini haqqımda çəkilən “Flora” filmində bölüşüb. Allaha qurban olum, millətim görür və onu da tarixdə yaşadır.

Mahnı dediniz, bir hadisəni xatırladım. Bir gün mənə bir ana ağlaya-ağlaya zəng elədi. Dedi ki, Flora xanım, sizi görmək istəyirəm, şəhid anasıyam. Baş üstə deyə cavab verdim. Şəhid sözü eşidəndə ikinci söhbət ola bilməz. Şəhidlər Xiyabanında görüşdük və məni oğlunun məzarına apardı. Dedi ki, oğlum sizin mahnınızın sədası altında can verdi. O zaman cavan idim. Deyib ki, ana, Flora xanımı tapıb, o şeirləri məzarımın üzərində oxuyarsan. Sənin səsinlə sədam ona çatar...

- Samir Xasıyev sizin onun həyatını xilas etdiyinizi bilibmi? Anası sizin haqqınızda nə danışıb?

- Təbii ki, hə. Atası ona haqqımda xatirə yazıb ki, “dünyaya gəlməyinlə Flora xanıma borclusan”. Anası həmin məktubu mənə oxudu. Kaş həmin məktubu götürüb saxlayardım.

Poliqoon.info


Etiket: Flora Kərimova


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar