Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya kino tarixində bir ilk: Kosmosda çəkilən film nümayişə çıxır - Foto,Video

Film tarixində ilk dəfə olaraq kosmosda çəkilən “Vızov” (“Çağırış”) filmi artıq nümayişə çıxır...

Bu barədə Rusiyanın “Birinci Kanal”ından xəbər verilib.

“Kosmosda çəkilmiş ilk film və bu, hər şeyi deyir. Dekorasiyada, kompüterdə deyil, sözün əsl mənasında Yerdən kənarda, əbədiyyət və ulduzlar arasında. Kino tarixində ilk dəfə olaraq, tamaşaçılar kosmosu olduğu kimi - real görəcəklər”, - deyə “Birinci Kanal”ın baş direktoru, prodüser Konstantin Ernst bildirib.

Filmin süjetinə görə, torakal cərrah Jenya (Yuliya Peresild) əsl kosmonavt Oleq Novitskinin canlandırdığı kosmonavt İvanovu xilas etmək üçün bir ay ərzində uçuşa hazırlaşmalı, sonra isə Beynəlxalq Kosmik Stansiyaya (BKS) yollanmalıdır. O, çəkisizlik şəraitində ən çətin əməliyyatı yerinə yetirməlidir - astronavtın Yerə sağ-salamat qayıtma şansı bundan asılıdır.

Məlumata görə, rusiyalı kosmonavt Anton Şkaplerov, kinorejissor Klim Şipenko və aktrisa Yuliya Peresild filmin çəkilişləri üçün 2021-ci ildə “Soyuz MS-19” kosmik gəmisində BKS-ə yollanıblar.

BKS-də çəkilişlərdə kosmonavtlar Anton Şkaplerov, Oleq Novitski və Pyotr Dubrov da iştirak ediblər. Filmdə, həmçinin Miloş Bikoviç, Vladimir Maşkov, Aleksandr Baluyev, Yelena Valyuşkina, Aleksandr Samoylenko və başqaları çəkiliblər.

Fotolar

Poliqon.info


Etiket: Kosmos film


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Borrell Fələstinin Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar