Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Simonyan: Uilanı, Kara-Murzanı və Qerşkoviçi Assancla dəyişək…

Marqarita Simonyan “bir faydalı ömrünü üç zərərli ömrün bahasına” xilas etməyə çağırıb…

Rusiyanın MİA “Rossiya Seqodnya” dövlət media korporasiyasının baş redaktoru Marqarita Simonyan casusluqda məhkum olunmuş amerikalı Pol Uilanı, dövlətə xəyanətdə ittiham olunan Vladimir Kara-Murzanı və casusluqda şübhəli bilinən WSJ jurnalisti Evan Qerşkoviçi WikiLeaks-in yaradıcısı Culian Assancla dəyişməyi təklif edib.

Poliqon xəbər verir ki, Marqarita Simonyannın bu təklifini rəhbəri olduğu “RİA Novosti” Agentliyi işıqlandırıb.

Simonyan Telegram kanalında “Uilanı, Kara-Murzanı və Qerşkoviçi Assancla dəyişin. Onlar Assanca görə üçdən aza razı olmayacaqlar. Üç zərərli ömrün bahasına bir faydalı ömürü xilas edin”, yazıb.

Xatırladaq ki, Culian Assanc 2006-cı ildə məxfi sənədləri dərc etmək üçün qurulan WikiLeaks saytındakı fəaliyyəti ilə tanınıb. Həmin saytda ABŞ-ın yüzlərlə məxfi məlumatları yayımlanıb. Assancı ABŞ-da 175 il həbs gözləyir. Vaşinqton 51 yaşlı avstraliyalını ölkə tarixində ən böyük məxfi məlumat toplusunu açıqlamaqda ittiham edir. Assanc hazırda onun Böyük Britaniyadan ABŞ-a ekstradisiyası ilə bağlı AİHM-ə müraciət etməyə çalışır.

FTX-nın məlumatına görə, Uilan 2018-ci il dekabrın 28-də Moskvada “casus” əməliyyatı zamanı saxlanılıb. O, 16 il müddətinə azadlıqdan məhrum edilib və cəzasını Mordoviyadakı koloniyaya çəkmək üçün göndərilib.

Moskva Şəhər Məhkəməsi dünən Rusiya müxalifətinin liderlərindən biri olan Vladimir Kara-Murzanı vətənə xəyanətdə və Rusiya ordusunu gözdən salmaqda ittiham edərək 25 il müddətinə sərt rejimli koloniyaya məhkum edib. Kara-Murzanın ikili vətəndaşlığı var. O, Britaniya vətəndaşıdır və ABŞ-da yaşamaq icazəsi var. Kara-Murza həbs olunmazdan əvvəl ABŞ-da yaşayıb.

Martın 30-da Rusiya Federal Təhlükəsizlik Xidməti WSJ-nin Moskva bürosunun müxbiri Qerşkoviçin ABŞ hökumətinə casusluqda şübhəli bilinərək Yekaterinburqda saxlanıldığını açıqlayıb. Rusiya kəşfiyyat xidmətinin məlumatına görə, rus mənşəli amerikalı “Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən birinin fəaliyyəti haqqında” dövlət sirri təşkil edən məlumat toplayıb. Moskvanın Lefortovo Məhkəməsi onu iki ay müddətinə həbs edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar