Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan-Ermənistan sərhəddində baş verənlər... - Təxribat, yoxsa dəqiq hazırlanmış əməliyyat?

Ermənistan tərəfindən hərbi-siyasi təxribatların baş verəcəyi gözlənilirdi...

Siyasi-şərhçi: “Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atəşə tutması heç şübhəsiz ki, ermənilərin növbəti təxribatıdır”.

Ermənistanın bu təxribatı və təxribatdan sonra İranın “Şahid” dronlarının bu hücumda istifadə olunması xəbərləri yenidən İranla gərginliyin artmasına gətirib çıxara bilər”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Azərbaycan-Ermənistan sərhəddində dünən baş verən təxribatı Poliqon-a şərh edərkən qeyd edib.

Hazırkı durumda Ermənistan tərəfindən hərbi-siyasi təxribatların baş verəcəyi gözlənilirdi və bu dünən baş verdi. Azərbaycan ordusunun Laçıla Ermənistan sərhədində yerləşməsi ermənilərin belə bir təxribata əl atacaqlarından xəbər veirirdi.

Demək olarmı ki, baş verən atışma təxribatdan daha çox dəqiq hazırlanmış əməliyyatdır?

Azərbaycan-Ermənistan münasibətlərini Poliqon-nun əməkdaşı Ağ Partiya Mərkəzi Aparatının rəhbəri, siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Ermənistan bu təxribatla həm sülh prosesinə maneəçilik törədir, həm də İrandan istifadə edərək bizə təziq etmək istəyir”.

Təxribat hücumunun məhz indi edilməsini təsadüfi hesab etməyən ekspert bildirib ki, yeni Laçın yolunun istifadəyə verilməsindən sonra bu istiqamətdə sərhədin bərpası prosesi gündəmə gəldi və erməni tərəfi də bundan narahat olmağa başladı:

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atəşə tutması heç şübhəsiz ki, ermənilərin növbəti təxribatıdır. Ermənistanın bu təxribatı, bu ölkənin normallaşma prosesində səmimi olmadığını, o cümlədən beynəlxalq vasitəçilərin səylərinə kölgə saldığını bir daha nümayiş etdirir.

Ermənistan, Azərbaycanla dialoq yaratmaq və sülh sazişi üzrə danışıqlara başlamaq yerinə təcavüzkar ritorika ilə öz ǝrazi iddialarını və revanşist siyasǝtini davam etdirir. Təxribat hücumunun məhz indi edilməsi də təsadüfi deyil. Bildiyiniz kimi, yeni Laçın yolunun istifadəyə verilməsindən sonra bu istiqamətdə sərhədin bərpası prosesi gündəmə gəldi və erməni tərəfi də bundan narahat olmağa başladı. Hətta, Paşinyan sərhəd boyu 5 kilometr hissəsin mübahisəli olduğunu bildirmişdi.

Eyni zamanda bildiyiniz kimi, son günlərdə Azərbaycanİran arasında gərginlik bir balaca azalmağa doğru getmişdi, hətta təxribatdan bir gün öncə Azərbaycan XİN-in “Azərbaycan İranla hər zaman qonşuluq münasibətlərinin inkişafında maraqlı olub” tərzində açıqlaması olmuşdu. Ermənistanın bu təxribatı və təxribatdan sonra İranın “Şahid” dronlarının bu hücumda istifadə olunması xəbərləri yenidən İranla gərginliyin artmasına gətirib çıxara bilər.

Kamran Məmmədli: “İran nə bölgədə ikinci Rusiya olacaq gücdə, nə də ki, açıq şəkildə Azərbaycan-Türkiyəni qarşısına alacaq halda deyil”.

Ermənistan bu təxribatla həm sülh prosesinə maneəçilik törədir, həm də İrandan istifadə edərək bizə təziq etmək istəyir. Yerəvan bölgədə Rusiyanın zəifləməsini və başının Ukraynaya qarışdığı ərəfələrdə özünə yeni hami kimi İranı görməkdədir. Ancaq hər bir halda, hesab edirəm ki Ermənilərin bu təxribatına laiqincə cavab verildi və bundan sonrada verilməlidir.

O ki qaldı, İranın Ermənistanı himayə etməsinə, fikrimcə nə qədər olsa da, bu açıq şəkildə olmayacaq. İran nə bölgədə ikinci Rusiya olacaq gücdə, nə də ki, açıq şəkildə Azərbaycan-Türkiyəni qarşısına alacaq halda deyil. Çünki İranın Suriya,Livan,İraq kimi bölgələrdə hazırda savaş halındadı. Eyni zamanda son zamanlar İsrail ilə artan gərginliyin fonunda yeni cəbhənin açılması onların leyhinə olmayan amillərdəndi.

İranla münaqişə heç bizə də lazım deyil. Bizim bir düşmənizim var ,o da Ermənistandır. İranın ermənipərəst mövqeyi, Fransanın ermənipərəst möveyindən fərqlənmi. Və İrana qarşı münasibətimizdə Fransaya qarşı münasibətimizdən fərqlənməməlidir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Paşinyan: Qarabağ məsələsi Ermənistana təsir alətinə çevrildi

Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

Ən çox oxunanalar