Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bolqarıstanda təbii qaz Azərbaycandan gələn yanacaq hesabına ucuzlaşıb   

Bolqarıstanda təbii qaz ucuzlaşıb...

Bolqarıstanda təbii qaz aprelin 1-dən ucuzlaşıb. Enerji və Su Tənzimləmə Komissiyası (ESTK) qazın aprel ayında qiymətini əlavə ödənişlər olmadan 1 MVt/saat üçün 98,16 lev (təxminən 49,8 avro) məbləğində təsdiqləyib, halbuki mart ayında bu, 106,74 lev (təxminən 53,37 avro) idi.

“Report” xəbər verir ki, bu barədə sözügedən komissiya məlumat yayıb.

Azərbaycan qazının qiyməti, Azərbaycanla mövcud uzunmüddətli müqaviləyə əsasən, Bolqarıstan-Yunanıstan interkonnektoru vasitəsilə tədarük edilən qaz qarışığının maya dəyərinin hesablanmasına daxil edilib. Bu həcmlər ölkə istehlakının təxminən 51,9 %-ni əhatə edir və əlverişli qaz qiymətlərinə nail olmaq üçün mühüm önəm daşıyır”, - ESTK-nin məlumatında bildirilib.

Komissiya sədri İvan İvanov qeyd edib ki, təbii qazın qiymətinin azalması ilə bağlı durum davam edərsə, növbəti qiymət dövründə istilik enerjisinin dəyəri eyni qalacaq.

“Təbii qazın qiymətinin ucuzlaşmasının davam etməsi bütün istehlakçılar üçün əlverişli amildir. Qazın qiymətində azalma tendensiyası davam edərsə, o zaman növbəti qiymət dövrü üçün istilik enerjisinin maya dəyərinin dəyişməz qalmasına şərait yaradılacaq. Bununla bağlı yekun qərar ESTK tərəfindən iyulun 1-də qəbul ediləcək”, - o vurğulayıb.

Poliqon.info 


Etiket: Təbii qaz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar