Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi inşa ediləcək?

Ordumuz tərəfindən Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik azad edildi...

Politoloq: “Azərbaycanın məqsədi Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılmasıdır”.

“Yaradılacaq sərhəd nəzarət-buraxılış məntəqəsinin nəzdində sərhəd qoşunlarının qüvvələri, eyni zamanda Gömrük işçilərinin dayaq məntəqəsi olacaq”.

Bu sözləri politoloq Qabil Hüseynli Laçın rayonunda ordumuzun götürdüyü yeni yüksəkliklərdə sonra olacaq prosesləri Poliqon.info-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, ordumuz tərəfindən yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.

Çağazur və Zabux kəndləri arasında hakim yüksəkliklərin, əsas və yardımçı yolların nəzarətə götürülməsi Azərbaycanın Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsini inşa etməsi ilə nəticələnə bilərmi?

Mövzunu Poliqon.info-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Azərbaycan hakimiyyət orqanları bunu mütləq həyata keçirməlidir. Yəqin ki də, keçirəcəklər”.

Bu istiqamətdə Azərbaycan hakimiyyət orqanlarının ciddi iş apardığını vurğulayan politoloq bildirib ki, artıq ox yaydan çıxıb:

Azərbaycanın məqsədi Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılmasıdır. Buna görə də ordumuz Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklikləri ələ keçirdi. Yaradılacaq sərhəd nəzarət-buraxılış məntəqəsinin nəzdində sərhəd qoşunlarının qüvvələri, eyni zamanda Gömrük işçilərinin dayaq məntəqəsi olacaq.

Bu istiqamətdə Azərbaycan hakimiyyət orqanları ciddi iş aparır. Çünki artıq ox yaydan çıxıb. Sərhədlərimizin tam nəzarət altına alınması və orada Azərbaycanın suveren hüquqlarının qorunması birmənalı şəkildə gündəmdə dayanıb. Azərbaycan hakimiyyət orqanları bunu mütləq həyata keçirməlidir. Yəqin ki də, keçirəcəklər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar