Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya ilə Qərb arasında - Erməni ekspert Ermənistandakı vəziyyəti dəyərləndirib...

Erməni ekspert qərbyönlü dairələrin Brüssel və ya Vaşinqtonun Azərbaycana təzyiq göstərəcəyinə dair ümidlərini əsassız sayır...

Poliqon xəbər verir ki, analitik Tiqran Köçəryan “Sputnik Ermənistan”a müsahibəsində Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına dair Qərb ssenarisinin Ermənistan üçün ən pis variant olduğu fikrini ortaya qoyub.

“Qərb münaqişəni söndürməlidir ki, gələcəkdə nə Rusiya, nə İran, nə də başqa bir ölkə bü münaqişə vasitəsilə Azərbaycana təsir göstərə bilməsin”, deyə Tiqran Köçəryan bildirib.

"Anlamalısınız ki, Qərb Azərbaycanı cəzalandırmayacaq və heç bir sanksiya tətbiq etməyəcək. Onların bütün hərəkətləri, guya Ermənistanın maraqlarına uyğundur, lakin bu, imitasiyadır”, deyə eksperti qeyd edib.

Köçəryan hesab edir ki, Qərbin planı öz problemlərini, daha doğrusu, Cənubi Qafqazda nəyin bahasına olursa olsun, rusların yoxluğunu həll etməkdir. Erməni əhalisinin başına nə gələcəyi önəmli deyil.

“Qərb Ermənistan-Türkiyə dostluğunu yalnız bir məqsədlə tələb edir ki, Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasına nail olsunlar”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar