Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Mustafanı vuran sui-qəsdçilər niyə tutulmur? – Növbəti teraktın baş verməməsi üçün…

"İran sözlə, informasiya ilə bizi məğlub edə bilmədi."

İranla müharibə şəraitindəyik. Başqa adı yoxdur. Münasibətlər həddən artıq pisləşib, əsəblər gərilib. İran bizimlə silah dilində danışır. Öncə SEPAH cənub sərhədlərimizdə keçirdiyi hərbi təlimlərlə bizi qorxutmağa çalışdı. Arazı keçməyin imitasiyası göstərildi, tanklar nümayiş olundu, ağır hərbi texnika ilə əzələ nümayişi edildi. Layiqli cavabını aldı və bir müddət dayandı.

İran sözlə, informasiya ilə bizi məğlub edə bilmədi. Hərbi təlimlərlə də istəyinə çatmadı. Ona görə son varianta əl atdı. Öncə Tehrandakı Azərbaycan səfirliyinə silahlı basqın təşkil etdirdi. Bir səfirlik əməkdaşımızı şəhid oldu. Üstündən 2 ay keçmiş Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd planı həyatı keçirildi. Bu terrorun da arxasında İranın dayandığına əsaslı şübhələr var.

İran səfirlik terroruna əl atmaqla olan-qalan maskasını da düşürdü. Bizimlə diplomatik dildə deyil, terror dilində danışacağının mesajını verdi. Düzdür, hələ biz iki terrora silahla deyil, sözlə, bəyanatla qarşılıq veririk. Azərbaycan təmkinli davranır. Rəqibin təxribatına getmir. Düzgün və ağıllı rəftardır. Amma bunun da bir sonu olmalıdır. Olacaq.

Fazil Mustafa İran agenturası ilə informasiya savaşındadır. Neçə illərdir proses gedir. Fazil Mustafa bu məsələdə güzəştsiz və manevrsiz mövqeyi ilə seçilən ziyalı, siyasətçidir. Onun savadlı, məntiqli çıxışları, yazıları İran rejiminin Azərbaycandakı fəaliyyətinin mahiyyətini açır: din adı altında ölkəmizə qarşı terrorçu davranışını detallı şəkildə cəmiyyətə çatdırır.

F.Musatafaya dəyən güllə Azərbaycan dövlətinə dəyib. Xalqımızın heysiyyatı yaralanıb. Güllələr bilavasitə Fazil bəyə dəydi, amma acısını hamımız çəkirik. Onu aradan götürüb, cəmiyyətin, ziyalıların gözünü qorxutmağa çalışdılar. Bu elə bir prosesdir ki, geriyə yolumuz yoxdur. İran qonşumuzdur, terror dövlətidir. Onun qabağından qaçmağımız bir ömür bizə baha başa gələr.

İran daxildə qaynayır: xalq molla rejiminə qarşı aylardır ayaqdadır. Rejim öz vətəndaşları ilə də silahla danışır, güc tətbiq edərək davranır.

 Bu dövlətin ən yaxın qonşularla münasibətləri düşmənçilik üzərində qurulub. Bunun da səbəbkarı rəsmi Tehran özüdür. Bölgənin ən qüdrətli dövlətləri ilə Azərbaycan strateji müttəfiqdir. Türkiyə ilə aramızda Şuşa Bəyannaməsi imzalanıb. İsrail buranı öz ərazisi kimi qorumaqda israrlı görünür. Pakistanla münasibətlərimizin necə yüksək səviyyədə olmasını xatırlatmağa ehtiyac yoxdur. Vətən müharibəsində bunu hamımız gördük. Rusiya ilə olduqca strateji hədəflərə söykənən əlaqələrimiz mövcuddur. Qarabağda baş verən son proseslərdən nəyin necə olduğunu görməmək mümkün deyil.

Qərbin Azərbaycanı İranın təhdidləri ilə baş-başa qoyacağı inandırıcı görünmür. İranın güclənməsi Azərbaycanı zəiflətməsi deməkdir. Bu da ABŞ başda olmaqla Qərbin maraqlarına əsla adekvat deyil. Bu qədər əleyhdarı, rəqibi, düşməni ola-ola İran bir də bizimlə savaşır. Üstümüzü unlu görüb, adımızı dəyirmançı qoyur. Bəlkə özü də gözləmirdi ki, Azərbaycan dövləti ona belə sərt cavab verər. Bunu sindirə bilmir özünə. Çünki illərdir rəsmi Bakı İranla konfrontasiyaya getməkdən yayınıb. Qonşuluğa, dindaşlığa yaraşmayan davranışlarına rəğmən, dözümlü yanaşılıb.

Düşünürdü ki, bu hər zaman belə olacaq. Amma yanıldı və kobud səhvə yol verdi. İran tamamilə tükənib. Buna görə də silaha, terrora əl atıb. Hara qədər gedəcək? Nə qazanacaq? Bizimlə müharibəyə başlayası deyil ki! 40 milyon azərbaycanlı yaşayır İranda. Müstəqil Azərbaycana müharibə etsə, öz qəbrini qazacaq.

Onun ən böyük hədəfi Azərbaycanda silsilə terror aktları keçirməkdir. İkisini etdi (bəzi iddialara görə, “Bravo” teraktının da arxasında İran dayanır), yenə etmək istəyəcək. Təəssüf ki, bunu istisna edə bilmirik. Fazil Mustafanı güllələyən terrorçu yaxalanmayıb. O, tək deyil. Bu cür teraktlar bir nəfərin iştirakı ilə olmur. Terrorçu dəstə hazırda silahlıdır və böyük ehtimalla Azərbaycandadır. Onların bir an öncə yaxalanması lazımdır. Yoxsa növbəti dəhşətli terror hadisələrinə şahidlik edə bilərik. Sui-qəsdçilərə burada dəstək verən, onların gizlənməsinə şərait yaradan qüvvələrin olması istisna deyil. İranın ölkəmizdəki terror yuvaları dağıdılana kimi rahat olmamalıyıq.

İnanırıq ki, Azərbaycanın hüquq mühafizə və xüsusi xidmət orqanları tezliklə terrorçunu və onun üzv olduğu dəstəni ifşa edib zərərsizləşdirəcək.

Aydın Aslan
Globalinfo.az

 

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar