Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydərovun strateji məğlubiyyəti – Bu obyektlər nazirlikdən alındı - Siyahı

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı.

Fərmanla həmçinin “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verildi.

Beləliklə, su idarəçiliyi sahəsində vahid qurum yaradıldı. Bundan sonra həm əhalinin su təminatı, həm də meliorasiya və su təsərrüfatı məsələləri ilə yeni yaradılan Agentlik məşğul olacaq.

Digər diqqətçəkən məqam isə Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinin azadılmasıdır. Belə ki, nazirlik bundan sonra su məsələləri ilə məşğul olmayacaq. İndiyə qədər 3 dövlət qurumunun tabeliyində olan su təsərrüfatı bundan sonra müstəqil dövlət qurumu olan Agentlik tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, öz ömrünü başa vuran Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi 12 il əvvəl - 25 fevral 2011-ci ildə ilə ölkənin su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi məqsədilə yaradılmışdı. Bu qurum yaradıldıqdan sonra ölkənin bütün su ehtiyatları - Kür çayı üzərində strateji əhəmiyyətli Şəmkir, Yenikənd, Mingəçevir, Varvara kaskad su anbarları, Ceyranbatan su anbarı, Yuxarı Qarabağ, Yuxarı Şirvan, Şəmkir Maşın kanallarının baş suqəbuledici qurğuları Nazirliyin balansına verilmişdi.

FHN-in Su Ehtiyatları Dövlət Agentliyi bu su anbarlarının mühafizəsini təmin edir, onların texniki vəziyyətini nəzarət altında saxlayır, ölkə ərazisində yerüstü, yeraltı su ehtiyatlarının, su obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqlərini aparırdı.

Beləliklə, yeni agentliyin yaradılması ilə strateji sahələrdən daha biri - su ehtiyatlarının idarəçiliyi "fövqəlnazir" Kəmaləddin Heydərovdan alındı. (BakuPost)

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar