Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Ordusu səssiz müharibə ilə Xankəndiyə doğru irəliləyir – Şok 

Azərbaycan Ordusunun son vaxtlar Qarabağ və Ermənistanla sərhəddə keçirdiyi lokal əməliyyatlar böyük rezonans doğurmaqla yanaşı, ciddi proseslərin başlaması haqda fikirlər formalaşdırır.

Poliqon.info xatırladır ki, Ordumuz bir neçə gün əvvəl separatçıların rus sülhməramlılarının dəstəyi ilə Qarabağa silah və canlı qüvvə daşımaq üçün istifadə etdiyi Xankəndi-Turşsu-Xəlfəli torpaq yoluna nəzarəti bərpa edib.

Bu gün isə yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.

Erməni mənbələri Azərbaycan Ordusunun Qarabağda, demək olar ki, bütün hakim yüksəkliklərə nəzarəti təmin etdiyini bildirir.

Ekspertlər isə qeyd edirlər ki, bu əməliyyatlar heç bir itki verilmədən, xüsusi peşəkarlıqla həyata keçirilib.

 Vurğulanır ki, rəsmi Bakı Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinin qaçılmaz olduğunu daha əvvəl dəfələrlə bəyan edib. Hətta bunun üçün Qarabağ ermənilərinin nümayəndələri Bakıya dəvət edilib, lakin təklif qəbul olunmayıb.

Görünən odur ki, rəsmi Bakı reinteqrasiya prosesini rəsmən başladıb. Bu yolda Azərbaycan Ordusu da üzərinə düşən vəzifəni çox uğurla icra edir – həm də qan tökmədən.

Prosesləri ümumiləşdirdikdə belə qənaətə gəlmək olar: Azərbaycan Ordusu səssiz müharibə ilə Xankəndiyə doğru irəliləyir!

Tamerlan Yayaqan
Globalinfo.az

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ən çox oxunanalar