Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əcaib qaydalar - Azərbaycana sərmayə gətirən əcnəbilər necə mane olunur?..

Azərbaycanda iş qurmaq istəyən əcnəbilər bir-biri ilə uzlaşmayan qanun və qaydalarımızın, əsasən də Dövlət Miqrasiya Xidmətinin bürokratiyasının qurbanına çevrilirlər...

Dövlət Miqrasiya Xidməti sahibkarlıqla məşğul olmaq istəyən əcnəbilərə süni maneə yaradır”.

Poliqon xəbər verir ki, bunu miqrasiya konsaltinq fəaliyyəti ilə məşğul olan Vüqar Zeynallı bildirib. Zeynallı qeyd edir ki, Azərbaycana sərnmayə qoymaq istəyən əcnəbilərin üzləşdiyi əsas problem Dövlət Miqrasiya Xidmətinin tətbiq etdiyi əcaib qaydalardır.

Bu qaydaya əsasən vizasının bitməsionə 15 iş günü qalan əcnəbilərə Miqrasiya Xidməti müddətində öz biznes sənədlərini qeydiyyatdan keçirə builmirlər. Belə bir qayda isə dünyanın heç bir ölkəsində yoxdur. O cümlədən bizə qonşu olan ölklərin heç birində də belə qaydalar tətbiq olunmur. İş açmaq istəyən əcnəbilər hətta vizalarının bitdiyi son gündə belə müraciət edə bilərlər və onların müraciəti qəbul olunur.

Hazırda isə bir çox əcnəbi iş adamları bu səbəbdən Azərbaycanda iş qurmaqdan məhrum edilirlər. Çünki onlar anlamsız bürokratik əngəllərlə əlləşmək istəmirlər.

Vüqar Zeynallı Dövlət Miqrasiya Xidmətinin belə bir qaydanı hansı səbəbdən tətbiq etdiyini də bilmirlər. Bu qaydanı Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Xidməti Baş İdarəsinin rəis müavini Tural Əhmədov hazırlayıb və qayda Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov tərəfindən imzalandıqdan sonar qüvvəyə minib.

Bu qaydanın ölkə qanunvericiliyinə zidd olduğunu bildirən Vüqar Zeynallı bildirir ki, Miqrasiya Xidmətinin əməkdaşları onlara belə bir qayda verildiyini və onların da bu qaydaya əməl etməli olduqlarını deyirlər. Yəni Miqrasiya Xidmətində belə bu qaydanın hansı səbəbdən tətbiq edildiyini əməkdaşlar da bilmirlər.

Bəlkə ancaq ona görə ki, xarici sərmayənin Azərbaycana gəlişinə mane olsunlar, deyə?..

Uzun illərdir ki, miqrasiya konsaltinq fəaliyyəti ilə məşğul olan Vüqar Zeynallı bildirir ki, məhz bu bürokratik əngəllər Azərbaycana sərmayə axının qarşısını alır və ölkə iqtisadiyyatının inkişafına əngəl olur.

Problemlə daha ətraflı şəkildə aşağıdakı videodan tanış olun:

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Ən çox oxunanalar