Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pentaqon: Baxmut ruslar üçün “qəssabxanaya” çevrilib...

Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli çərşənbə günü bildirib ki, son üç həftə ərzində Baxmut bölgəsində döyüşən Rusiya qüvvələri heç bir irəliləyiş əldə etməyib...

Poliqon xəbər verir ki, Mark Milli şəhərin ələ keçirilməsi planının ruslar üçün “qırğına” çevrildiyini bildirib.

“Ukraynalılar ərazinin çox təsirli müdafiəsini həyata keçirirlər və aparılan döyüşlər nəticəsində məlum oldu ki, bu, Rusiya ordusuna üçün çox baha başa gəlir. Son 20-21 gün ərzində Rusiya Baxmut və onun ətrafında heç bir irəliləyiş əldə etməyib”, deyə Milli qey edib.

ABŞ Baş Qərgah rəisinin sözlərinə görə, 36 minə qədər “Vaqner”çi Baxmuta hücumda iştirak edib. Bunlardan 6 mini muzdlu, qalanları könüllülərdir, onların çoxu həbsxanalardan cəbhəyə gəliblər.

“Deməli, ruslar üçün bu, qırğındır. Baxmut ətrafında onları əzirlər və ukraynalılar çox yaxşı döyüşür”, deyə Milli Rusiya qüvvələrinin böyük itkilər verdiyini vurğulayıb.

Qeyd edək ki, Priqojin çərşənbə günü mətbuat xidmətinin teleqram kanalında bildirib ki, Baxmut uğrunda döyüş “artıq Ukrayna ordusunu demək olar ki, məhv edib. Eyni zamanda o, təəssüf hissi ilə qeyd edib ki, “Vaqner qrupu” kifayət qədər ağır itkilər verib.

Xatırladaq ki, “Vaqner qrupu” Baxmuta hücum edən rus qüvvələrinin əsasını təşkil edir. Bu həftə Rusiya KİV-ləri “Vaqner”çilərin şəhərin şimalındakı AZOM sənaye kompleksini ələ keçirdiklərini yazıb. Müharibənin Araşdırmalarıİnstitutunun analitikləri belə qənaətə gəliblər ki, ÖHŞ həqiqətən zavoda nəzarəti ələ keçirə bilər və şəhər daxilində öz mövqelərini möhkəmləndirməkdə davam edir. Bununla belə, Britaniya kəşfiyyatı hesab edir ki, şəhərin bu ərazisi hələ də hər iki tərəfin nəzarətindən tamamilə kənarda olan boz zonadır.

Millinin bəyanatı Vaşinqtonda Ukrayna ordusunun Baxmutdakı hərəkətlərinə münasibətin dəyişməsindən xəbər verə bilər. Çünki fevralın ortalarında bəzi ABŞ rəsmiləri Baxmutun müdafiəsinin davam etdirilməsinin planlaşdırılan yaz hücumuna mənfi təsir göstərə biləcəyindən narahat olduqlarını bildiriblər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar