Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eli Kohen: "İran regionda və qlobal səviyyədə qeyri-stabillik yaradan faktordur"

İsrail Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir...

APA xəbər verir ki, bunu İsrail xarici işlər naziri Eli Kohen jurnalistlərə açıqlamasında deyib.

"Bu gün əlaqələrimizdə vacib gündür. Mən deyərdim ki, tarixi gündür. Bizim Azərbaycanla vacib strateji əlaqələrimiz var. Mən şəxsən apreldə Bakıya səfər edəcəyəm, hökumətlərarası komissiyanın iclasına həmsədrlik edəcəyəm. Düşünürəm ki, münasibətlərimizi daha da gücləndirmək üçün geniş potensial var", - deyə nazir qeyd edib.

Eli Kohen İsrail hökuməti və xalqı adından əsrlər boyu Azərbaycanda yaşayan yəhudi icmasına münasibətə görə təşəkkür edib.

"Bu gün biz Azərbaycanda doğulmuş yəhudi icmasının üzvlərinin qürurla iki ölkənin bayrağını sinələrinə taxdığına şahid olduq. Biz iki ölkə olaraq ortaq məqamları paylaşırıq, eyni zamanda İran təhdidi ilə üzləşirik. İran regionda və qlobal səviyyədə qeyri-stabillik yaradan faktordur. Bu ölkə terroru maliyyələşdirir. İsrail həmçinin İranın nüvə silahına sahib olmasının qarşısını alamağa sadiq qalır", - deyə Eli Kohen qeyd edib.

Nazirin sözlərinə görə, bütün bu məsələlərdə müxtəlif aspektlər üzərində iş aparılmalıdır.

"Aprelin ortasında Bakıya gedəcəyəm və böyük iqtisadi nümayəndə heyəti məni müşayiət edəcək. Onlar kibertəhlükəsizlik, kənd təssərüfatı, innovasiyalar sahəsində olan nümayəndəliklərdir", -deyə xarici işlər naziri qeyd edib.

Poliqon.info


Etiket: Eli Kohen


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

Ən çox oxunanalar