Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfir: "Azərbaycanla İsrail arasındakı münasibətlər 3-cü ölkələrə qarşı yönəlməyib"

Azərbaycanla İsrail arasında diplomatik münasibətlər təxminən 31 ilə yaxındır ki, mövcuddur...

Bunu APA-nın İsrailə ezam olunmuş xüsusi müxbirinin sualına cavab olaraq Azərbaycanın bu ölkədəki səfiri Muxtar Məmmədov bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində İsraildə Azərbaycan Səfirliyi olmasa da, dövlətlər arasında çox yüksək münasibətlər olub, bir sıra sahələrdə əməkdaşlıqlar həyata keçirilib.

“Texnologiya, təhsil, kənd təsərrüfatı, müdafiə sahəsində əlaqələr olsa da, Səfirliyin burada açılması əlaqələrin dərinləşməsinə, burada əməkdaşlıq üçün yeni tərəfdaşların tapılmasına şərait yaradacaq”, - deyə səfir bildirib.

Muxtar Məmmədovun sözlərinə görə, turizm sahəsində artım mövcuddur.

Hər iki istiqamətdə aviareyslərin artması gələcəkdə turist sayında artımın olmasına gətirib çıxaracaq. Diplomat qeyd edib ki, İsraildən Azərbaycana böyük bir turistik marağın olduğunu görünür.

“Eyni zamanda, təhsil sahəsində son zamanlar yaxşı əməkdaşlıqlar var. Mədəni sahədə əlaqələrin inkişafını təşviq etməliyik. İsraildə böyük Azərbaycan diasporu, Azərbaycanda isə yəhudi icması mövcuddur. Bu imkanlardan istifadə edərək mədəniyyətimizi, incəsənətimizi bir-birimizə yaxından təqdim etməliyik. Əminəm ki, Səfirliyin burada olması yeni prespektivlərin açılmasına təkan verəcək”, - deyə Muxatar Məmmədov qeyd edib.

Səfir Azərbaycanla İsrail arasındakı münasibətlərin 3-cü ölkələrə qarşı yönəlməsi haqqında yayılan iddialara da münasibət bildirib:

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üçüncü ölkələrin daxili işlərinə qarışmır. Ölkəmiz eyni yanaşmanı 3-cü ölkələrdən də gözləyir. Azərbayacan bu günə kimi bu yanaşmaya sadiq olub və bundan sonra da bu yanaşma sayəsində siyasətini həyata keçirəcək”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar