Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənov “Kibertəhlükəsizlik - 2023” təlimini izləyib - Foto

Müdafiə naziri təlimin gedişatını müsbət qiymətləndirib...

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti “Kibertəhlükəsizlik təlimi - 2023” təlimini izləyib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Baş idarə rəisi general-mayor Məmməd Eminov Kibertəhlükəsizlik qovşağında təlimlə bağlı müdafiə nazirinə məruzə edib.

Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd Azərbaycan Ordusunun Elektron İnformasiya Sisteminin tərkibində bütün növ qərargahlarla, həmçinin komanda məntəqələri ilə məlumatların təhlükəsiz mübadiləsini təmin etmə bacarıqlarının təkmilləşdirilməsi, eləcə də sistemdə və digər informasiya resurslarında mövcud təhlükələr barədə istifadəçilərin maarifləndirilməsi, ehtimal olunan kiber hücumlara qarşı müdafiə qabiliyyətinin inkişaf etdirilməsidir.

Ən yeni texnoloji avadanlıqlarla təchiz edilmiş qovşaqda keçirilən təlimdə hərbi qulluqçular kiber təhlükəsizlik tədbirləri üzrə müxtəlif tapşırıqları icra etməklə bilik və bacarıqlarını daha da təkmilləşdirəcəklər.

Müdafiə naziri təlimin gedişatını müsbət qiymətləndirib və Azərbaycan Ordusunda kibertəhlükəsizlik tədbirlərinin daha da inkişaf etdirilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar