Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rüşvətə təhrik edən FHN-in əməkdaşına hökm oxundu

Təqsirləndirilən şəxs zərərçəkənlərə dəymiş ziyanı ödədiyini, onlarla barışdığını deyib...

Gəncə Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı İsa Heydərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az xəbər verir ki, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 9000 manat cərimə cəzası təyin edilib. İsa Heydərovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz olunub.

İttihama görə, İsa Heydərov öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq edib.

Belə ki, o, 19 dekabr 2012-ci il tarixdən 21 iyul 2017-ci il tarixədək FHN-in Naftalan Rayon Hissəsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni, 21 iyul 2017-ci il tarixdə Naftalan Şəhər Hissəsinin yanğınsöndürmə növbəsinin böyük yanğınsöndürəni vəzifəsinə təyin edilib. İsa Heydərov həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirtmək məqsədilə bir neçə şəxsi işə düzəltmək adı ilə aldadaraq onlara qarşı dələduzluq edib.

İsa Heydərov məhkəmədə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, 2022-ci ilin yanvar ayında Goranboy rayon sakini Qalib Məmmədovdan (şərti) FHN-in Goranboy Rayon Hissəsinə işə düzəltmək müqabilində 11 000 manat, həmin ayda Goranboy rayon sakini Vahid Həsənovdan (şərti) nazirliyin Goranboy Rayon Hissəsinə işə düzəltmək müqabilində 13 000 manat və həmin ayda Gəncə şəhər sakini Real Quliyevdən (şərti) qohumunu FHN-in Gəncə Şəhər Hissəsinə işə düzəltmək müqabilində 13 000 manat pulu şəxsən özü istəyərək alıb. Həmin şəxslərlə onu iş yoldaşı tanış etdiyini söyləyib.

Təqsirləndirilən şəxs zərərçəkənlərə dəymiş ziyanı ödədiyini, onlarla barışdığını deyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar