Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məleykə Abbaszadə, Yavər Camalov, Fazil Mustafa və... - Övladını itirmiş məşhurlar

Xəbər verdiyimiz kimi, baş nazirin sabiq müavini Abid Şərifovun yeganə oğlu Elçin Şərifov ötən gecə vəfat edib. O, həm də keçmiş OMON komandiri Rövşən Cavadovun kürəkəni idi. Təəssüf ki, ölkəmizdə Abid Şərifovla eyni aqibəti paylaşan, övlad itkisi yaşayan bir sıra məmurlar da olub.

Sfera.az bu dəfə özü sağ ikən övladını torpağa tapşıran tanınmış məmurlarla bağlı məlumatı təqdim edir.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə - Bir neçə il bundan öncə onun 44 yaşlı qızı Nigar Abbaszadə vəfat edib. DİM sədrinin qızı qəflətən ürəktutmadan dünyasını dəyişib. N. Abbaszadə Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində işləyirdi.

Azərbaycanın keçmiş Müdafiə Sənayesi naziri Yavər Camalov da övladını itirənlər sırasında yer alır. Onun 44 yaşlı oğlu Rövşən Camalov Türkiyədəki özəl xəstəxanalardan birində dünyasını dəyişib.

Eks-prezident Ayaz Mütəllibov da övladını vaxtsız itirmişdi. Onun oğlu uzun sürən xərçəng xəstəliyindən qurtula bilməyib. Belə ki, Azad Mütəllibov 49 yaşında vəfat edib.

Müsavat Partiyasının tanınmış simalarından olan Tofiq Yaqbulu həbsdə olarkən övlad itkisi yaşayıb. Yaqublu 2015-ci ilin yazında qızı Nərgiz Yaqublunu səhhətində yaranan qəfil xəstəlik səbəbindən itirib.

Millət vəkili Fazil Mustafa isə dəm qazından iki yaxınını – Elçibəy adlı oğlunu və qaynını itirib.

Övladını vaxtsız itirən siyasətçilərdən biri də sabiq deputat Araz Əlizadə olub. Onun oğlu Fuad Əlizadə qəflətən urəkçatışmazlığından dünyasını dəyişib.

Milli Məclisin deputatı Eldar İbrahimovun böyük oğlu Rza İbrahimov 2001-ci ildə Azərbaycanın İran İslam Respublikasındakı səfirliyində diplomatik xidməti vəzifəsini yerinə yetirərkən faciəvi şəkildə 29 yaşında avtoqəzada həyatını itirib.

Övlad acısı yaşayan tanınmışlar arasında sənət adamları da olub. Məsələn, əməkdar artist Zöhrə Abdullayevanın gömrük orqanlarında çalışan 46 yaşlı övladı beyin xərçəngindən, Xalq artisti Teymur Mustafayevin oğlu Bakıxan Mustafayev şəxsi avtomobilində baş verən yanğından, televiziya aparıcısı Afaq Gəncəlinin oğlu Qədirxan qan xərçəngindən, məşhur diktor Şərqiyyə Hüseynovanın qızı Mehriban Əhmədova beyinə qan sızmasından, Xalq artisti Arif Quliyevin oğlu Fərid Quliyev vərəm xəstəliyindən dünyasını dəyişmişdi.

Poliqon.info


Etiket: məşhur


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar