Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ordumuzun Qarabağda apardığı son əməliyyat və verilən mesajlar...

Qarabağda aparılan son əməliyyatı artıq praktiki addımlar mərhələsinə keçid olaraq dəyərləndirmək olar...

Siyasi-şərhçi: “2022-ci ilin avqust ayında qanunsuz erməni silahlı qruplaşmalarına qarşı apardığımız “Qisas” hərbi əməliyyatlarından 7 ay sonra yenidən, bu dəfə daha az miqyaslı hərbi əməliyyatımız həm Ermənilər, həm də onları himayə edən Rusiya üçün bir xatırlatma oldu”.

“Ermənilər anlamalıdırlar ki, bu ərazilər Azərbaycanın beynəlxalq hüquqla tanınan əraziləridir və ordumuzun ara-sıra belə xatırlatmalarıda tamamilə qanunidir”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli ordumuzun Qarabağda apardığı son əməliyyatı Poliqon.info-a şərh edərkən qeyd edib.

Qarabağda aparılan son əməliyyatı artıq praktiki addımlar mərhələsinə keçid olaraq dəyərləndirmək olarmı? Eyni zamanda əməliyyatın həm hərbi, həm siyasi nəticələrinə baxdıqda proseslərin perspektiv inkişafı haqda hansı ehtimalları irəli sürmək olar?

Mövzunu Poliqon.info-un əməkdaşı AĞ Partiya Mərkəzi Aparatının sədri, siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Azərbaycan ordusu 7 ay ərzində əgər səbirli davranırdısa, bu, regionda gərginliyin artmaması, proseslərin sülh yolu ilə həll edilməsi üçün idi”.

Bütün bu hadisələrin separatçıların vəziyyətini daha da çətinə salacağını düşünən siyasi-şərhçi qeyd edib ki, bu da öz növbəsində Qarabağdakı erməni əhalisi arasında Azərbaycana tabe olmaqdan başqa alternativin olmadığı rəyini gücləndirəcək:

“Hesab edirəm ki, 2022-ci ilin avqust ayında qanunsuz erməni silahlı qruplaşmalarına qarşı apardığımız “Qisas” hərbi əməliyyatlarından 7 ay sonra yenidən, bu dəfə daha az miqyaslı hərbi əməliyyatımız həm Ermənilər, həm də onları himayə edən Rusiya üçün bir xatırlatma oldu.

Güman edirik, bu mesajdan sonra onlar artıq anladılar ki, Azərbaycan ordusu 7 ay ərzində əgər səbirli davranırdısa, bu, regionda gərginliyin artmaması, proseslərin sülh yolu ilə həll edilməsi üçün idi. Azərbaycan əlbətdə ki sülh istəyir, ancaq bu o anlama gəlmir ki, Ermənilərin qanunsuzluğlarınada göz yumulacaq. Baş verən son hadisələrin bütün məsuliyyəti birbaşa rus kontingenti və Ermənistanın üzərindədir.

Kamran Məmmədli: “Bu əməliyyat Rusiyayada artıq əyani bir mesaj oldu ki, əgər bundan sonrada Ermənilərin qanunsuzluğlarına göz yumsanız Azərbaycan ordusu özü birbaşa müdaxilə edərək nizamı bərpa edəcək”.

Ermənilər anlamalıdırlar ki, bu ərazilər Azərbaycanın beynəlxalq hüquqla tanınan əraziləridir və ordumuzun ara-sıra belə xatırlatmalarıda tamamilə qanunidir. Eyni zamanda bu əməliyyat Rusiyayada artıq əyani bir mesaj oldu ki, əgər bundan sonrada Ermənilərin qanunsuzluğlarına göz yumsanız Azərbaycan ordusu özü birbaşa müdaxilə edərək nizamı bərpa edəcək.

O ki qaldı, proseslərin perspektiv inkişafına, düşünürəm ki, bütün bu hadisələr separatçıların vəziyyətini daha da çətinə salacaq. Bu da öz növbəsində Qarabağdakı erməni əhalisi arasında Azərbaycana tabe olmaqdan başqa alternativin olmadığı rəyini gücləndirəcək deyə düşünürəm”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar