Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəzərdən qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

"Hövzələri sintetik torlardan birlikdə təmizləyək" şüarı ilə ETSN tərəfindən yeni aksiyaya start verilib...

Xəzər dənizinin Bakı şəhəri, Xızı, Astara, Siyəzən rayonları akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Bakı şəhər sakinləri Vüqar Məmmədov, Seyfulla Rəcəbov, Qasım Əliyev, Əbülfəz Xudaverdiyev, Vüqar Qasımov, Bahadur, Arif və Bəhlul Kazımovlar, Astara rayon sakinləri Məmmədağa Bağırov, Ağamalı Rzayev, Xanbala Əhədov, Siyəzən rayon sakinləri Maqsud Bəşirov, Nicat Əliyev olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb:

“Ölkə ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 1873 metr uzunluğunda 25 ədəd sintetik tor yığışdırılıb. Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

B.Məhəmmədov balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş yerlərdə və vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə, təbiətsevər şəxsləri isə su hövzələrində rast gəldikləri sintetik torlar barədə Nazirliyin rəsmi sosial şəbəkə hesablarına və ya teleqram qrupuna (https://t.me/+tb9ED95-my9iOTIy) dəqiq koordinatlar göstərilməklə məlumat verməyə çağırıb.

Qeyd edək ki, "Hövzələri sintetik torlardan birlikdə təmizləyək" şüarı ilə ETSN tərəfindən yeni aksiyaya start verilib.

Layihənin əsas hədəfi ölkənin su hövzələrində nəzarət tədbirlərini intensivləşdirmək, geniş ictimaiyyətin dəstəyi ilə balıq ehtiyatlarının mühafizəsi, qorunması işini möhkəmləndirmək və onların təbii populyasiyasının artmasına nail olmaqdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar