Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Valideynləri fərqli düşüncəyə sahib oluqları üçün Rusiyada uşağın onlardan alınması tələb olunub...

SSRİ-dən sonra ilk dəfə olaraq Rusiyada prokuror məhkəmədən uşağı fərqli dünyagörüşünüə sahib olan valideynlərindən ayırmaq tələb edib...

Prokuror məhkəmədən Tula vilayətinin sakini Aleksey Moskalevə iki il həbs cəzası tələb etməklə yanaşı, ondan 13 yaşlı qızının valideynlərdən alınmasını da tələb edib. Prokuror bu tələbini Aleksey Moskalevin fərli düşüncəyə sahib olması ilə əlaqələndirib.

Poliqon Rusiya mətbuatına əsasən vxəbər verir ki, bu Rusiyanın yaxın tarixində hakimiyyət orqanlarının siyasi maddə ilə ittiham olunan valideyndən uşağını alması ilə bağlı ilk hadisədir.

Qeyd edilir ki, Moskalev ordunu “diskreditə etmək”də ittiham olunur və onun qızı, 6-cı sinif şagirdi Mariya martın 1-dən yetkinlik yaşına çatmayanların reabilitasiya mərkəzinə verilib. Rusiyada 40 ilə yaxındır ki, siyasi səbəblərdən uşaqlar valideynlərindən alınmır, lakin dissidentlərə təsir etmək üçün bu üsul SSRİ-də tətbiq olunurdu.

Aleksey Moskalevə hökm çərşənbə axşamı, martın 28-də elan edilməlidir. Bazar ertəsi prokurorluq onun “Odnoklassniki”də bir neçə yazıya görə ordunun təkrar “diskreditə etmək” maddəsi ilə iki il müddətinə ümumi rejimli koloniyaya göndərilməsini tələb edib. 2022-ci ilin yazında o, silahlı qüvvələri “diskreditə etdiyinə” görə artıq cərimələnib. Moskalev günahını boynuna almır və iddia edir ki, mühakimə olunduğu yazılar ona aid deyil, onun akkuantı kiberhücuma məruz qalıb.

Qeyd edək ki, uşaqları valideynlərdən ayrmaq Stalinin dövründə “xalq düşmənlərinə” qarşı mühüm repressiya vasitəsi idi. 1937-ci ilin avqustundan 1939-cu ilin yanvarına qədər SSRİ-də yaşı 15-dən çox olmayan 25342 “xalq düşməni” övladı ailələrdən alınmışdı.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar