Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 2020-ci ildə bağlanmış bankların əmanətçilərinə kompensasiya ödənişi açıqlanıb

Bu günə qədər Əmanətlərin Sığortalanması Fondu (ƏSF) 2020-ci ilin aprel-may aylarında lisenziyaları ləğv olunmuş “AGBank”, “Amrah Bank”, “Atabank” və “NBC Bank” ASC-lərin əmanətçilərinə 664 milyon manat kompensasiya ödəyib...

Bu barədə "Report"a müsahibəsində Fondun icraçı direktorunun müavini Akşın Cahangirov deyib.

"Ümumilikdə isə bağlanmış bankların əmanətçilərinə 1,5 milyard manat kompensasiya ödənilib və 54 min əmanətçi kompensasiya alıb. Fond öhdəliklərinin 99 %-ini icra edib. Bağlanan banklar üzrə qorunan əmanətlərdən 1 %-ə qədər kompensasiya ödənilməmiş əmanət qalıb ki, onların sahibləri xaricdə olan və ya digər üzrlü səbəblərdən bizə müraciət etməyən şəxslərdir", - deyə A.Cahangirov əlavə edib.

Xatırladaq ki, ƏSF-in 2020-ci ilin noyabr ayında açıqladığı məlumatda sözügedən 4 bankın 23,57 min qorunan əmanətçisinə 551,51 milyon manat kompensasiya ödənildiyi bildirilmişdi. Həmin məlumata əsasən, “Atabank”ın 9,5 min əmanətçisi 221 milyon manat, “Amrah Bank”ın 5,7 min əmanətçisi 133,8 milyon manat, “AGBank”ın 4,3 min əmanətçisi 81,5 milyon manat, “NBC Bank”ın isə 4 min əmanətçisi 115,2 milyon manat kompensasiya almışdı.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Poliqon.info


Etiket: bank əmanət


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar