Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb ölkələri İranla Azərbaycan və Türkiyə arasında müharibənin baş verməsində maraqlıdırlar?

İranla müharibə şəraitində zəifləyən Azərbaycan və Türkiyə Qərb silahından asılı vəziyyətə düşərək “sözəbaxan” ola bilərlər...

Politoloq: “Qərbin Azərbaycan və Türkiyə ilə əlaqəli bir çox planları ola bilər və qeyd edilən ssenarilər də doğru ola bilər”.

“Qərbin Ukrayna variantını Azərbaycanla da etmək istədiyi bir çox analitiklər tərəfindən deyilsə də, hesab edirəm ki, bunların hamısı konspiroloji nəzəriyyələr kateqoriyasına aid fərziyələrdir”.

Bu sözləri politoloq Azər Qasımov Qərb ölkələrinin İranla Azərbaycan və Türkiyə arasında müharibənin baş verməsində maraqlı olduqları iddialarını Poliqon.info-a şərh edərkən qeyd edib.

Bəzi iddialara görə Qərb ölkələri İranla Azərbaycan və Türkiyə arasında müharibənin baş verməsində maraqlıdırlar. İddialara görə bu müharibə ABŞ və İsrailin İranla birbaşa müharibə təhlükəsini ortadan qaldırdığı kimi, İran probleminin həllinin açarı da ola bilər. Digər tərəfdən isə İranla müharibə şəraitində zəifləyən Azərbaycan və Türkiyə Qərb silahından asılı vəziyyətə düşərək “sözəbaxan” ola bilərlər.

Qeyd edilir ki, ümumilikdə Azərbaycan və Türkiyənin İranla müharibəsi bütün aspektlərdən Qərbin maraqlarına cavab verir. Çünki bu halda Qərbin regiondakı gücü kifayət qədər artacaq.

Bütün bu ssenarilər barədə nə demək olar? Doğrudanmı Qərb Azərbaycanı və Türkiyəni İranla müharibəyə sürükləyib regiondakı balansı tamamilə dəyişə bilər?

Qərbin Azərbaycan-Türkiyə-İran ssenarilərini Poliqon.info-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “İranın Qərblə çəkişməsinə baxmayın, Tehran özü elə Qərbin proyektdir”.

Əgər İran Qərb üçün deyilən qədər təhlükəli olsa idi, ona qarşı çoxdan ciddi tədbirlərin görülmüş olduğunu düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, o zaman Azərbaycanla İranın müharibə ssenarilərinə də ehtiyac qalmazdı:

“Geosiyasi maraqların təmin edilməsi üçün güclərin müxtəlif ssenarilər qurması və ya şəraitə görə planlar hazırlaması təbii haldır. Bu, tək böyük güclər üçün yox, kiçik ölkələr üçün də mümkün olan haldır. Hər bir ölkənin maraqları onun siyasətini formalaşdırdığı kimi ona qarşı yürüdülən siyasətə də reaksiyası adekvat olur.

Qərbin Azərbaycan və Türkiyə ilə əlaqəli bir çox planları ola bilər və qeyd edilən ssenarilər də doğru ola bilər. Amma bu hələ həmin ssenarilərin həyata keçəcəyi anlamına gəlmir. Azərbaycan və Türkiyə öz siyasətlərini qarşılıqlı müzakirə əsasında qururlar.

İran kimi təxribatçı dövlətin hansısa addımlar ata biləcəyi realdır və bəzi addımlar da atır. İlk növbədə Azərbaycan bu addımları öz siyasəti ilə neytrallaşdıra bilib. Nə Qərbin, nə də İranın oyunlarına alət olmayıb.

Azər Qasımov: “Türkiyə və Azərbaycanın təhlükəsizliyi İranın hansısa şəkildə “dizə gətirilməsi” planlarından önəmlidir”.

Qərbin Ukrayna variantını Azərbaycanla da etmək istədiyi bir çox analitiklər tərəfindən deyilsə də, hesab edirəm ki, bunların hamısı konspiroloji nəzəriyyələr kateqoriyasına aid fərziyələrdir.
Türkiyə və Azərbaycanın təhlükəsizliyi İranın hansısa şəkildə “dizə gətirilməsi” planlarından önəmlidir. İran 40 ildən çoxdur ki, eyni İrandır. Əgər İran Qərb üçün deyilən qədər təhlükəli olsa idi, ona qarşı çoxdan ciddi tədbir görülmüşdü. İndi Azərbaycanla İranın müharibə ssenarilərinə ehtiyac qalmazdı.

İranın hələ Qərbin düşməni, ya dostu olmasını dəqiqləşdirməmiş nəzəriyyələrə fikir vermək lazım deyil. İranın Qərblə çəkişməsinə baxmayın, Tehran özü elə Qərbin proyektdir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar