Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SEPAH-ın Azərbaycana qarşı bu qədər ifrat aqressiyası hansı nəticələr doğura bilər?

İran ordusuna Azərbaycanla sərhəddə hava hücumundan müdafiə sistemlərinin hazır vəziyyətə gətirilməsi tapşırılıb...

Politoloq: “İranın “HHM sistemləri hazır vəziyyətdədir” mesajı blefdən başqa bir şey deyil”

“İsrail Pakistan faktorunu da unutmaq olmaz. İranın Azərbaycana ehtimal hücumu İraqın Küveytə hücumu ilə eyni nəticə verə bilər”.

Bu sözləri politoloq Turan Rzayev İranın Azərbaycanı növbəti dəfə hədələnməsini Poliqon.info-a şərh edərkən qeyd edib.

SEPAH-a yaxın mənbələr məlumat yayıb ki, İran ordusuna hava hücumundan müdafiə sistemlərinin hazır vəziyyətə gətirilməsi barədə əmr verilib. Məlumatda qeyd edilir ki, ölkənin şimal-qərb sərhədlərində (Azərbaycan) baş verən aktivlik səbəbilə HHM sistemləri hazır vəziyyətdədir. SEPAH bundan öncə də özünün Teleqram kanalında “Zəngəzur dəhlizi” ilə bağlı xəritə və “Sünik canımızın bir parçasıdır!” şüarını paylaşıb.

SEPAH Azərbaycana qarşı bu qədər ifrat aqressiyası hansı nəticələr doğura bilər? İranla hər hansı qarşıdurna fonunda ŞuşaMoskva bəyannamələri qüvvəyə minə bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Rusiya İranın Cənubi Qafqazda hərbi əməliyyatlar keçirməsinə barmaqarası baxmayacaq. Bu Rusiyanın Cənubi Qafqadakı varlığı üçün birbaşa təhdidir”.

İsrailin İran ətrafında bir müddətdir koalisiya formalaşdırmağa çalışdığını xatırladan politoloq Poliqon-abildirib ki, bu mənada İranın molla rejimi addım-addım Səddam Hüseynin aqibətinə doğru gedir:

Ermənistanla Azərbaycan arasında gərginliyin günbəgün artması rəsmi İrəvanın separatçılara açıq dəstəyi fonunda sülhdən yaynma cəhdi və Qərbin regiona həm də münaqişəyə cəlb edilməsi səyləri regionda yenidən hərbi əməliyyatların başlanması ehtimallarını yüksəldir.

44 ərzində 27 illik işğala son verən Azərbaycanın növbəti müharibədə daha irəli gedib 200 illk Zəngəzur problemini həll etməsindən ehtiyat edən İran SEPAH üzərindən rəsmi Bakıya açıq-aşkar xtəxribatlar edir.

“Ölkənin şimal-qərb sərhədlərində baş verən aktivlik” deyərkən də məhz Azərbaycanın Qarabağdakı separatçılara qarşı antiterror əməliyyatlarına İranın hazırlığı nəzərdə tutulur. İran bununla həm də “Zəngəzur dəhlizi”nin açılmasının əleyhinə olduğunu bir daha bəyan edir. Bu istiqamətdə Ermənistana açıq-aşkar dəstək verəcəyini də bu yolla bildirir.

Bütün bunlara baxmayaraq İranın “HHM sistemləri hazır vəziyyətdədir” mesajı blefdən başqa bir şey deyil. Rəsmi Tehran indiki məqamda Azərbaycana hücum edə və ya Ermənistanla ehtimal gərginlik halında ordumuza qarşı bu və ya başqa formada zərbə vura bilməz.

Turan Rzayev: “Naxçıvanın təhlükəsizliyi birbaşa Ankaranın təminatı altındadır. Bu durumda İranın Azərbaycanla hərbi münaqişəyə getməsi ağır nəticələr doğura bilər”.

Azərbaycanın Türkiyə ilə imzaladığı “Şuşa bəyannaməsi” və Rusiya ilə imzaladığı “Moskva bəyannaməsi” qüvvədədir. Hər iki sazişə görə Azərbaycana xarici bir ölkə tərəfindən hücum olarsa həm Rusiya, həm də Türkiyə Azərbaycanın istəyi əsasında yardıma gələ bilər. Baxmayaraq ki, “Moskva bəyannaməsi” hələ ratifikasiya olunaraq qüvvəyə minməyib, hesab edirəm ki, Rusiya İranın Cənubi Qafqazda hərbi əməliyyatlar keçirməsinə barmaqarası baxmayacaq. Bu Rusiyanın Cənubi Qafqadakı varlığı üçün birbaşa təhdidir. Moskva Cənubi Qafqazdakı münaqişlərə Tehranın hərbi yolla müdaxiləsinə imkan verə bilməz. Bu Rusiya üçün ölümcül təhlükədir. Çünki son 250 il müddətində Rusiya İranın Cənubi Qafqazdakı hərbi varlığını mümkünsüz edib. İndi bunun baş verməsi Moskvanın regiondan getməsi anlamına gələr.

Digər təırəfdən İran eyni zamanda Türkiyə və Rusiyanı qarşısına ala bilməz. Bildiyimiz kimi Azərbaycna müharibə elan edən İran həmçinin Türkiyəyə də müharibə elan etmiş olacaq. Eyni zamanda Naxçıvanın təhlükəsizliyi birbaşa Ankaranın təminatı altındadır. Bu durumda İranın Azərbaycanla hərbi münaqişəyə getməsi ağır nəticələr doğura bilər.

İsrail və Pakistan faktorunu da unutmaq olmaz. Hətta ortada Ermənistan olsa belə, ABŞ-da İranın Azərbaycana hücum etməsinə biganə qala bilməz. Ona görə də İranın Azərbaycana ehtimal hücumu İraqın Küveytə hücumu ilə eyni nəticə verə bilər. Onsuz da İsrail İran ətrafında bir müddətdir ki, koalisiya formalaşdırmağa çalışır. Bu mənada İranın molla rejimi addım-addım Səddam Hüseynin aqibətinə doğru gedir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket: SEPAH


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar