Mixail Boqdanovun sözlərinə görə, hazırda dördtərəfli məsləhətləşmələrin keçirilməsinə hazırlıq gedir...
Aprelin əvvəlində Moskvada Rusiya, Suriya, Türkiyə və İran xarici işlər nazirlərinin müavinləri səviyyəsində dördtərəfli məsləhətləşmələr keçirilə bilər.
Poliqon xəbər verir ki, bunu “RİA Novosti” Agentliyinə Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov deyib.
"Biz hazırlaşırıq. Düşünürəm ki, aprelin əvvəlində Moskvada görüş baş tuta bilər. Bu, nazirlərin görüşünü hazırlamaq üçün məsləhətləşmələr olacaq", -deyə Boqdanov bildirib.
Qeyd edək ki, dekabrda Ankara və Dəməşq arasındakı fikir ayrılıqlarını həll etmək üçün Rusiya, Suriya və Türkiyə XİN rəhbərlərinin görüşü planlaşdırmışdı. Yanvarda Ankara belə bir görüşün fevralın əvvəlində keçirilə biləcəyini bildirmişdi. Daha sonra İran da bu görüşə qatılmaq niyyətini bildirmişdi. Fevralda Türkiyədə baş verən ağır zəlzələyə görə görüş baş tutmadı.
Poliqon.info