Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada milyarder Fərhad Əhmədovu həbs edə bilərlər...

Azərbaycanlı milyarder Fərhad Əhmədovla rusiyalı prodüser İosif Priqojinə aid olduğu iddia edilən telefon danışığının səs yazısı Rusiya hakimiyyət orqanları tərəfindən araşdırılır...

Poliqon Rusiya mətbuatına əsasən xəbər verir ki, telefon danışığı üç qat ekspertizaya məruz qalacaq.

Qeyd edək ki, prodüser İosif Priqojin yayılan səsin ona aid olmadığını bildirib.

Rusiya mətbuatında gedən məlumatlarda bildirilir ki, əslində telefon danışığının Əhmədova və Proqjinə aid olmasını təyin etmək üçün bir ekspertiza da yetərlidir. Lakin üç qat ekspertiza heç bir şübhə yeri qoymur.

Ekspertizanın nəticələrinə uyğun olaraq rusiyalı milyarder Fərhad Əhmədovun və İosif Priqojinin həbs olunması istisna olunmur. Bundan əvvəl Ukraynadakı müharibəyə qarşı telefonda mənfi rəy səsləndirilən bir DİN işçisi haqqında cinayət işi açılıb və o, artıq həbsxanadadır.

Telefon danışığı zamanı Əhmədov və Pfriqojin Rusiya rəhbərliyi və prezident Vladimir Putinin addımlarını dəyərləndirərək, onun fəaliyyətini tənqid ediblər. Üstəlik, Fərhad Əhmədov Priqojinə müraciətində ölkə rəhbərliyinin Rusiyanı bataqlığa atdığını və indiyə qədər gələcəklə bağlı normal açıqlama eşitmədiyini bildirib.

Əhmədov Priqojinə Rusiyanın gələcəyindən qorxduğunu və bundan sonra ölkədə vətəndaş müharibəsinin olub-olmayacağını təxmin edə bilmədiyini söyləyib. Milyarder Rusiyanın Ukraynadakı savaşını “qardaşın qardaşı öldürməsi” adlandırıb və Moskvanın bundan necə canını qurtaracağını bilmədiyini qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Fərhad Əhmədov Azərbaycanda da səs yazısı ilə bağlı qalmaqalla üzləşib. O zaman onun Göyçaydakı evində axtarış aparılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar